Accessibility links

Milyarder prezident olacaqmı?

  • Amerikanın səsi

Milyarder prezident olacaqmı?

Milyarder prezident olacaqmı?

Mart ayının 4-də Rusiyada keçiriləcək prezident yarışlarına 5 namizəd qatılacaq. Baş nazir Vladimir Putin və digər 3 namizəd son illər seçkilərdə ilk dəfə iştirak etmiş olacaq. Lakin digər bir namizəd milyarder Mixail Proxorov namizədliyini cəmi iki ay əvvəl irəli sürüb. Boyu 2 metrə yaxın olan Proxorov Amerikanın peşəkar basketbol komandasının Nyu-Cersi şəbəkəsinin sahibidir. Rusiyanın üçüncü ən zəngin adamı Moskva məktəblərinin birində məşqçi kimi fəaliyyət göstərir.“Mənim proqramının əsasını mədəniyyət təşkil edir. Çünki bizim ölkəmizi raketlər, tanklar və ya federal kəşfiyyat xidməti deyil, məhz mədəniyyət birləşdirir. Güclü bir mədəniyyət.”

İnna Pivars kimi orta sinif ruslar Proxorova təəəcüblə baxır.“Məni prezidentliyə namizədin belə gənc olması sevindirir. O, müasir bir insan kimi hər bir problemi başa düşür.”

Proxorov 1990-cı illərdən siyasi aləmdə tanınan 3 müxalif namizədlə müqayisədə yeni fiqurdur. İctimai rəy sorğularına görə, sabiq prezident və hazırkı baş nazir Vladimir Putunun qələbəsi qaçılmazdır. Lakin Proxorov Moskva və Sankt Peterburqda olduqca populyardır. Korrupsiya, hökumət bürokratiyasına qarşı mübarizə, amerikalılar və avropalıların Rusiyaya vizasız səfər etməsinin tərəfdarı olan namizəd Putini birbaşa tənqiq etmir. O, baş nazirin kampaniyasında anti-Amerika əhval-ruhiyyəsi barədə belə düşünür.“Biz güclü bir ölkəyik. Heç kim bizi qorxuda bilməz. Bizim ölkədə baş verənlərə heç kim təsir göstərə bilməz. Biz öz problemlərimizi həmişə özümüz həll etmişik. Məhz buna görə heç kim xaricdən bizə təsir göstərə bilməz.”

Mariya Rappaport kimi Moskva sakinlərinin çoxu Proxorovu Putinə alternativ hesab edir. “Məncə Proxorova səs verən çox olacaq. Heç olmasa paytaxtda.”

Proxorovun Putin əleyhinə nümayişlərdən iki gün sonra namizədliyini irəli sürdüyünü deyən Moskvanın Karneqi Mərkəzinin əməkdaşı Maşa Lipman hesab edir ki, heç bir rus milyarderi Kremldən müstəqil deyil. “O, Putin üçün çox rahat rəqibdir. Rusiyada zəngin insanlara rəğbət göstərilmir. İnsanları onun dövlətli olması qıcıqlandırır. Burada belə bir təsəvvür var ki, əgər pul qazmısansa, bu mütləq xalqın hesabınadır.”

Bir çoxları sərvəti 18 milyard dollarla ölçülən Proxorovun basketbol oyunçusu olmasının onu məsələdən yayındırmadığını düşünür. Təhlilçilərin fikrincə isə bu onu seçkilərdə məğlub edə bilər.

XS
SM
MD
LG