Accessibility links

Milyonçu Mixail Proxorov biznes təmayüllü “Haqq İşi” partiyasından istefa verib


Milyonçu Mixail Proxorov biznes təmayüllü “Haqq İşi” partiyasından istefa verib

Milyonçu Mixail Proxorov biznes təmayüllü “Haqq İşi” partiyasından istefa verib

Rusiya maqnatı, 46 yaşlı milyonçu Mixail Proxorov biznes təmayüllü “Haqq İşi” partiyasına üç ay liderlik etdikdən sonra bu gün istefa verib. O, bu ilin dekabr ayında Dumaya namizədliyini irəli sürməyəcəyini deyib. Bundan əvvəl partiya daxilində onu devirmək məqsədi ilə səsvermə keçirilmişdi.

Rusiyanın ən imkanlı adamlarından olan Proxorov Birləşmiş Ştatların professional basketbol komandasının sahibidir. O, Kemlin partiyasının işlərinə qarışmasına qarşı olduğunu demiş və tərəfdaşlarını “oyuncaq partiyanı” tərk etməyə çağırmişdır.

“Haqq İşi” partiyasına dekabr ayının 4-də keçiriləcək seçkilər zamanı müxalifət və biznesyönümlü seçicilər tərəfindən dəstək veriləcəyi gözlənilirdi. Associated Press-in bildirdiyinə görə, Kreml tərəfindən yaradılan partiyanın məqsədi müxalif fikirli seçicilər arasında illuziya yaradaraq, onları öz tərəfinə cəlb etmək idi.

.

XS
SM
MD
LG