Accessibility links

Milyonçunun terrorçu oğlu (VİDEO)


Španjolski golman Iker Casillas drfži trofej Svjetskog nogometnog prvenstva
Španjolski golman Iker Casillas drfži trofej Svjetskog nogometnog prvenstva

Dünyanın axtarışda olan birinci terrorçusu Üsama bin Laden 53 yaşında öldü. ABŞ prezidenti Barak Obama bəyan edib ki, Əl-Qaidə lideri may ayının 1-i Pakistanda ABŞ qüvvələri tərəfindən öldürülüb.

Ən azı 3 qitədə terror aktlarında iştirakda ittiham olunan Üsama bin Laden yəqin ki, tarix ərzində ABŞ-ın ən geniş miqyaslı əməliyyatlarla axtardığı şəxs olub.

2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqton şəhərlərində faciəvi hücumlardan sonra prezident Corc Buş ictimaiyyət qarşısında Üsama bin Ladenin tapılmasına söz verdi: “Biz əvvəllər axtarışda olan adamların şəkillərini qoyurduq. Orda deyilirdi ki, “Axtarışdadır, ölü və ya sağ”. İndi mənim və bütün Amerikanın istədiyi onun məsuliyyətə cəlb olunmasıdır”.

Ancaq dünyanın ən çox axtarışda olan terrorçusu kimi bin Ladenin fotosu onun boya başa çatdığı dinc və rahat şəraitlə ziddiyyət təşkil edir.

1957-ci il martın 10-da dünyaya gələn Üsama bin Laden Səudiyyə Ərəbistanının inşaat maqnatının 50-ə yaxın övladından biri olub. O yeniyetmə olanda atası vəfat edir.

Səudiyyə Ərəbistanında yuxarı sinifdə boya-başa çatan gələcəyin terrorçu mühəndislik dərəcəsi alır və ailə biznesində çalışmaq istəyində görünür.

Ancaq onun həyatı 1979-cu ildə keçmiş Sovet İttifaqı Əfqanıstanı işğal edəndə həmişəlik dəyişir.

Bir çox müsəlman kimi Bin Laden də Sovetlərə qarşı mübarizə aparmaq üçün evini tərk edir. İlk vaxtlar onun rolu əfqan mücahidlərinə yeni döyüşçülərin cəlb olunması üçün locistik dəstəklə məhdudlaşıb. Xatırladaq ki, bu addım ABŞ tərəfindən də dəstəklənirdi.

Milyonçunun terrorçu oğlu (VİDEO)
Milyonçunun terrorçu oğlu (VİDEO)
Ancaq 1980-ci illərin ortalarında bin Laden ailəsinin var-dövlətinin ona aid olan hissəsindən özünün şəxsi hərbi qüvvələrinin yaradılması üçün istifadə etmək qərarı verib. Sonradan Əl-Qaidə adlanan bu qruplaşmanın ərəb dilində anlamı “Baza” deməkdir.

Sovet İttifaqı Əfqanıstanı tərk edəndən sonra bin Laden də evinə qayıtdı, ancaq o, Əfqanıstan müharibəsinin veteranları ilə əlaqələrini saxladı və müsəlmanlara dair digər məsələlərdə də maraqlarını qorudu.

Onun həyatında digər bir dönüş nöqtəsi 1990-cı ildə oldu. O zaman İraqın neftlə zəngin körfəz ölkəsi Küveyti işğal etməsi Səudiyyə Ərəbistanının ABŞ qüvvələrini öz ərazisində yerləşdirməsinə icazə verməsinə səbəb oldu.

Bin Laden müsəlman olmayanların müqəddəs torpaqlara gəlməsini islama təhqir kimi gördü. Onun bu hadisələrə sərt etirazı Üsama bin Ladenin 1991-ci ildə Səudiyyə Ərəbistanından xaric edilməsi ilə nəticələndi.

Sudanda sığınacaq tapan terrorçunun oradan Somali və Səudiyyə Ərəbistanındakı ABŞ ordusuna qarşı hücumlar təşkil etdiyi bildirilir. Birləşmiş Ştatların təzyiqi altında 1996-cı ildə Sudan da bin Ladeni ölkədən çıxardı və o, yenidən Əfqanıstana qayıtdı.

Əfqanıstanda siyasətə cəlb olunmasına baxmayaraq, o, ABŞ-a qarşı qlobal mübarizəsini davam etdirdi. 1998-ci ildə Keniya və Tanzaniyada Amerika səfirliklərinə qarşı bomba hücumlarını onun planlaşdırdığı irəli sürülür.

3000 nəfərin həyatına son qoyan 2001-ci il 11 sentyabr hadisələrindən sonra isə bin Ladeni ələ keçirmək ABŞ-ın prioritetinə çevrildi.

Taliban Əl-Qaidə liderini ABŞ rəsmilərinə təhvil verməkdən imtina edəndə Birləşmiş Ştatlar müharibə yolunu seçdi. 2001-ci ildə Talibanın devrilməsində sonra isə Üsama bin Laden uzun müddət bilinməyən yerdə gizləndi.

Onun dəfələrlə səsyazıları vasitəsilə ABŞ-ı ittiham etməsi Vaşinqtonu məyus edirdi. Bu məyusluğa bin Ladenin öldürülməsi ilə son qoyuldu.

XS
SM
MD
LG