Accessibility links

Tələbələrin mina təhlükələri layihəsi [Video]


Tələbələrin mina təhlükələri layihəsi
please wait

No media source currently available

0:00 0:02:59 0:00

Dünyada hər gün 9 adam minaların qurbanı olur

Minalara qarşı beynəxalq kampaniyanın liderləri dünyada hər gün 9 adamın minaların qurbanı olduğunu deyir. Vaşinqtonun jurnalizm məktəbindən bir qrup tələbə problemin araşdırılması məqsədi ilə dünya boyu səyahətə çıxıb.

“Kambodca tələfat və əl-ayaqların itirilməsinə görə birinci yerdə gedir....

Melani Saltzman bu cənub-şərqi Asiya ölkəsində minaların səbəb olduğu dəhşətli xəsarətlər barədə məlumat toplayıb. “Bir ay əvvəl ayağını itirən 17 yaşlı qızla tanış oldum. O, dəhşət içərisindədir.”

“Mən qəzalardan sonra insanların yaşadıqları ilə tanış olmaq istəyirdim.”

Saltzman Vaşinqtonda yerləşən North-Uest Universitetinin Medill məktəbinin tələbələri arasında olub. Bu qrup Vaşinqton və dünya ölkələrinin təmizlənməsi üçün 3.2 milyard dollar vəsait ayırdığı mina partlayışlarının təsirlərini araşdırıb.

Coş Meyer layihəyə rəhbərlik edib. “Hər il mühüm olduğunu düşündüyümüz sahələrə tələbələri cəlb edirik. Bir tərəfdən bunlar bizə maraqlı məqalələr verir, digər tərəfdən tələbələrin beynəlxalq miqyasda səyahətini təmin edir. Bu il seçdiyimiz mövzu minalar olub."

Kambodcadan əlavə tələbələr münaqişə zonaları- Mozanbik, Ukrayna, İordaniya və İraqda olub.

Metyu Şehl və onun komanda yoldaşları İraqın Kürdüstan bölgəsində minalardan təmizləmə əməliyyatları barədə yazılar hazırlayıb.“Çox həyəcanlı bir təcrübə idi. Bizə araşdırmalarla bağlı çox məlumat verilmişdi. İnsanlarla üzləşmək, bu işi görmək olduqca maraqlı idi. Mən İraq və Əfqanıstan müharibələrinin veteranı kimi ölkəyə töhfələr vermişəm. Bu, mənimlə birbaşa əlaqəsi olan bir mövzudur.”

Tapşırıqlar müdafiə, təhlükəsizlik və mülki azadlıqlar üzərində mərkəzləşən Milli Təhlükəsizlik Layihəsi üzrə verilib.

“Tələbələrin belə yerlərə səfər etməsi onlara zəngin təcrübə qazandırır. Onlar sinif otaqlarında öyrətməyin mümkün olmadığı təcrübə əldə edirlər."

Tələbələr ABŞ-ın minalardan təmizləmə fəaliyyətlərinə başçılıq etdiyini də öyrənib. Lakin müharibələrin öldürücü bu qalıqlarının təmizlənməsi hələ də böyük iş tələb edir.

Araşdırmaların nəticələri GlobalPost jurnalizm saytında dərc edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG