Accessibility links

Qazax rayon sakini minaya düşüb


Mina
Mina

Onun sol ayağının dizdən aşağı amputasiya olunduğu bildirilir

Qazax rayon sakininin minaya düşdüyü bildirilir.

APA-nın xəbərinə görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb. Müxtəlif bədən xəsarəti alan V.Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağının dizdən aşağı amputasiya olunduğu bildirilir.

Qazax rayonu Ermənistanla sərhəddə yerləşir.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması əldə edilib.

Ancaq bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilir. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir.

Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri Vyanada görüşəcəklər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG