Accessibility links

Hərbi qulluqçu minaya düşüb


Mina
Mina

Yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

İyunun 22-də Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Orxan Hacıyev Ermənistan-Azərbaycana cəbhəsinin Qazax rayonu istiqamətində (Bakıdan 500 kilometr qərb) mina partlayışı nəticəsində xəsarət alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə yaralı hərbçi hospitala yerləşdirilib, vəziyyəti ağırdır.

2014-cü ilin yanvar-may aylarında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda insan itkiləri 38 nəfər təşkil edib.

Ötən müddətdə 63 nəfər yaralanıb və ya xəsarət alıb. Dünyasını dəyişənlərin 8-i döyüş, 3-ü mina partlayışı, 27-si qeyri-döyüş itkiləridir.
XS
SM
MD
LG