Accessibility links

Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib


Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib

Ötən il Azərbaycanda 18 mina tapılaraq zərərsizləşdirilib

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mətbuat xidməti məlumat yayıb

2014-cü dekabr ayı ərzində ANAMA tərəfindən 2106370 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Əməliyyatlar nəticəsində 76 PHS, 1 ədəd tank əleyhinə mina və 17 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə indiyədək cəmi 278297716 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689623-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

2014-cü ilin dekabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb. Onlardan birində Azərbaycan Ordusunun bir hərbçisi ölüb, digəri yaralanıb. Digər halda isə minaya düşən mülki şəxs olub və hadisə nəticəsində qəlpə yarası alıb.

XS
SM
MD
LG