Accessibility links

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik aprelin 17-də 10 ev, 8 otlaq sahəsi, 22 partlayış yeri, 18 400 kv.m. ərazini yoxlayıb və 1 partlamamış hərbi sursat aşkar edərək götürüb. Bu barədə agentliyin məlumatında deyilir.

Agentlik cəbhədə son döyüşlərdən sonra, aprelin 7-dən başlayaraq Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 270 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbiristanlığına, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirib, 137 ədəd partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

XS
SM
MD
LG