Accessibility links

Mingəçevirdə AXCP fəalının qardaşı və dayısı oğlu saxlanıb


AXCP-nin Mingəçevir fəalları və Əli Kərimli (Foto Emil Cəfərlinin Facebook səhifəsindəndir )
AXCP-nin Mingəçevir fəalları və Əli Kərimli (Foto Emil Cəfərlinin Facebook səhifəsindəndir )

Mingəçevir şəhərində (Bakıdan 308 kilometr qərb) Xalq Cəbhəsi Partiyasının siyasi mühacirətdə olan fəalı Emil Cəfərlinin qardaşı Pərvin Cəfərov 20 gün müddətinə inzibati qaydada həbs edilib. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, avqustun 24-də axşam saatlarında AXCP Gənclər Komitəsinin Mingəçevir şəhər şöbəsinin sədri Qara Allahverdiyev də polis şöbəsinə çağıırlıb və hələ də ondan xəbər yoxdur.

“Azadlıq” yazır ki, Pərvin Cəfərovun həbsinə mühacirətdə olan AXCP fəalı qardaşının Mingəçevirdə avqustun 22-də polis şöbəsində şəhər sakini Bəhruz Hacıyevin müəmmalı ölümü və buna etiraz edən şəxlərin həbsi barədə facebook-da yazdığı tənqidi statuslar səbəb olub.

Emil Cəfərli də facebook səhifəsində qardaşının həbsi və Qara Allahverdiyevin saxlanmasından yazıb:

“Son iki gundə Mingəçevir şəhər Polis Şöbəsi mənim siyasi mənsubiyyətimə görə ailəmi çox sıxışdırır. Mənə görə qardaşım Pərvinə 20 sutka həbs veriblər. Həyat yoldaşımı işdən çıxarıblar. AXCP Mingəçevir Gənclər Təşkilatının sədri (dayım oğludur) Qara bəy dünəndən polis şöbəsinə çağırılıb və hələlik bir xəbər yoxdur”, o qeyd edir.

Öz növbəsində, Mingəçevir şəhər Polis Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, polis insanları partiya mənsubiyyətinə görə deyil, qanunları pozduğuna görə saxlayır.

“Əgər qanunu, asayişi pozublarsa, polis tərəfindən saxlanılıblarsa, onların hərəkətinə məhkəmə qiymət verir. Biz saxlanılan insanların siyasi mənsubiyyətini soruşmuruq”, şöbədən bildiriblər.

XS
SM
MD
LG