Accessibility links

Minlərlə nümayişçi yenidən Taksimdə toplaşdı


People walk past a poster depicting Turkish Prime Minister Tayyip Erdogan, put up by demonstrators, at Taksim Square in Istanbul June 7, 2013.
People walk past a poster depicting Turkish Prime Minister Tayyip Erdogan, put up by demonstrators, at Taksim Square in Istanbul June 7, 2013.
Türkiyədə etirazlar aksiyalarının 9-cu günü minlərlə nümayişçi İstanbulun Taksim meydanını ələ keçirib.

Nümayişçilər baş nazir Rəcəb Tayyip Ərdoğanı istefaya çağıran posterlər qaldırıb. Şəhərin ətraf ərazilərində gecə yarısı nümayişçilərlə iğtişaş polisi arasında qarşıdurma olub. Aksiyalarla əlaqəli zorakılıqlar nəticəsində bu günədək iki nəfər həlak olub, minlərlə insan yaralanıb.

Etirazlar keçən həftə hökumətin parkin yerində inşa işləri aparmaq planlarını açıqlamasından sonra başlayıb. Cənab Ərdoğan hələ ki, planın ləğv olunmayacağını bildirib.

Nümayişlər Türkiyənin digər şəhərlərinə də yayılaraq Ərdoğan hökuməti əleyhinə yönəlib. Belə ki, Ərdoğan hökumətini avtoritar rejim hesab edən türklərin sayı artır.
XS
SM
MD
LG