Accessibility links

Minnesotada 9 nəfərin bıçaqlanmasına münasibət birmənalıdır [Video]


Minnesotada 9 nəfərin bıçaqlanmasına münasibət birmənalıdır
please wait

No media source currently available

0:00 0:02:15 0:00

Minnesotada 9 nəfərin bıçaqlanmasına münasibət birmənalıdır

Prezident Obama bildirib ki, bu hücumla Nyu-York və Nyu Cersidə baş vermiş partlayış arasında heç bir bağlılıq aşkar edilməyib.

ABŞ-ın Somali icması ötən həftəsonu "Minnesota Mall"-undakı bıçaqlanma hadisəsinə sərt münasibət bildirməkdə gecikmədi. Hücumu törədən Somalidən olan amerikalı öldürülməmişdən əvvəl 9 nəfəri bıçaqlayaraq yaralamışdı. Cihadçı Amaq xəbər agentliyi bildirib ki, o, özünü İŞİD əsgəri elan edib. Bu hücum Nyu-York şəhərində törədilən partlayışla eyni vaxta təsadüf edib.

Minnesotada bir polis zabiti 'lində bıçaq olan şəxsi ona yaxınlaşan zaman onun qarşısını alıb. Zabit Ceyson Falkoner bıçağı yerə qoymaq çağırışına məhəl qoymayan şəxsə atəş açmalı olub.

Yerli rəsmilər Falkonerin bu addımını alqışlayıb.

Zabit Falkoner artıq 9 nəfəri bıçaqlamış kişidən ictimaiyyəti qorumaq üçün özünü çətin vəziyyətə qoyub. Şənbə günü axşam zabit Falkoner çevik davranmasaydı, o, daha çox adamı bıçaqlaya bilərdi.
Polis rəisi

"Zabit Falkoner artıq 9 nəfəri bıçaqlamış kişidən ictimaiyyəti qorumaq üçün özünü çətin vəziyyətə qoyub. Şənbə günü axşam zabit Falkoner çevik davranmasaydı, o, daha çox adamı bıçaqlaya bilərdi" - deyə Aron polis rəisi Kori Nellis bildirib.

Prezident Obama bildirib ki, bu hücumla Nyu-York və Nyu Cersidə baş vermiş partlayış arasında heç bir bağlılıq aşkar edilməyib: "FBI Minnesota insidentini potensial terror aktı kimi araşdırır. Biz təhqiqatın aqressiv şəkildə davam etməsi üçün federal hökumətin bütün resurslarını bu istiqamətə yönəldəcəyik".

Yerli qəzetlər hücumu həyata keçirən şəxsin 22 yaşlı Dahir Adan olduğunu müəyyən edib. Yayılan məlumatlarda onun Afriakda doğulduğu, ancaq 15 ildir ABŞ-da yaşadığı bildirilir. Atası mediaya bildirib ki, oğlunun eksremist fəaliyyətlərlə məşğul olduğundan heç zaman şübhələnməyib. Ancaq İŞİD-in iddiasına görə, Adan onların əsgəri olub.

ABŞ-n Somali icması hücumu pisləyən bəyanatla çıxış edib.

Minnesota 9 nəfəri bıçaqlayan şəxs
Minnesota 9 nəfəri bıçaqlayan şəxs

Mərkəzi Minnesota İslam Mərkəzindən Mahmud Məhəmməd: "Biz Mərkəzi Minnesotanın Somali icması olaraq 2016-ci il sentyabrın 17-də baş vermiş faciədən zərərçəkənlərə dua etdiyimizi və hücuma görə təəssüfləndiyimizi bildiririk".

Somalililər son hadisələrdən sonra ABŞ-da müsəlmanlara qarşı münasibətin pisləşəcəyindən narahatdır.

Hamı kimi biz də şokda və matəm içərisindəyik. Bu bir individualın əməlidir və icmamızın bu faktı dərk etməsini istətirik.
St. Klaud Müsəlman Cəmiyyətindən Caylani Hüseyn

"Hamı kimi biz də şokda və matəm içərisindəyik. Bu bir individualın əməlidir və icmamızın bu faktı dərk etməsini istətirik" - deyə St. Klaud Müsəlman Cəmiyyətindən Caylani Hüseyn bildirir.

İŞİD İraq və Suriyada xilafət yaratmaq üçün hərbi səylərində ciddi itkilər verməkdədir və ona görə də, vaxtaşırı xarici ölkələrdəki tərəfdarlarını fərdi hücumlar həyata keçirməyə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG