Accessibility links

Minskin Azadlıq Meydanında etiraz aksiyası [Video & Fotoqalereya]


Bu gün Belarusun paytaxtı Minsk şəhərində mərkəzi Azadlıq Meydanında nadir etiraz aksiyalarından biri keçirilib. Amerikanın Səsinin hazırda Minskdə olan əməkdaşı Pərvanə Bayramovanın verdiyi məlumata görə, nümayiş yerli vaxtla saat 17:00-da başlayıb. Ədalətli və şəffaf seçkilərin tələb edildiyi etiraz aksiyasının təşkilatçısı prezidentliyə keçmiş namizəd və sabiq siyasi məhbus Nikolay Statkeviç olub.

Aksiya əvvəlcə az adamla başlasa da, sonrada nümayişə müxalifət liderləri Anatoly Lebedko, Vladimir Neklyayev və Nikolay Statkeviç qatılıb. Mitinq yerli media ilə yanaşı, beynəlxalq jurnalistlərin də marağındadır. Nümayişçilər "Azadlıq", "Səsimizi qaytarın" kimi şüarlar səsləndiriblər.

Nikolay Statkeviç mitinq iştirakçılarına bildirib ki, bugünkü nümayiş "qorxuya qarşı mənəvi mübarizə" aksiyasıdır. "Guman ki, belə aksiyalara idealistlər qatılır. Namizədlər meydanlara çağırmır. Onlar seçkilərə çağırır. Bizim məqsədimiz isə azadlıqlarımızın genişləndirilməsidir" - deyə o, nümayişçilərə bildirib.

Siyasi məhbus Statkeviçin avqustun 22-də azadlığa çıxmasından sonra ölkədə azacıq olsa siyasi-ictimai etirazların artdığı hiss edilir. Belə ki, bugünkü mitinq o, azadlığa çıxandan bəri keçirilən dördüncü nümayişdir.

Aksiyadan fotoları təqdim edirik:

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG