Accessibility links

Minsk qrupunun həmsədrləri ATƏT-in Baş katibi ilə görüşüblər


Minsk qrupunun həmsədrləri ATƏT-in Baş katibi ilə görüşüblər
Minsk qrupunun həmsədrləri ATƏT-in Baş katibi ilə görüşüblər

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov sentyabrın 7-də Vyanada keçirdikləri görüşün nəticələrilə bağlı bu gün bəyanat açıqlayıblar.

Bəyanatda deyilir ki, ABŞ, Fransa və Rusiyanı təmsil edən Minsk qrupunun həmsədrləri səfir Andjey Kasprşiklə birlikdə sentyabrın 7-də Vyanada görüş keçiriblər. Görüşdə dekabr ayında Litva paytaxtı Vilnyusda xarici işlər nazirləri səviyyəsində görüşə hazırlıqlar çərçivəsində fəaliyyət proqramını müzakirə ediblər. Həmsədlər təmsil etdikləri hər üç ölkənin hökumətinin tərəflərlə yüksək səviyyədə əməkdaşlığı davam etdirdiyi, habelə atəşkəsin möhkəmləndirilməsi və əhatəli sülh sazişinin əldə edilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Baza Prinsiplərinin təsdiqi istiqamətində konkret səylərlə bağlı məlumat veriblər.

Sentyabrın 8-də Minsk qrupunun həmsədrləri ATƏT-in Baş katibi Lamberto Zannierlə görüşüb, sülh prosesinin bu və digər aspektlərini müzakirə ediblər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG