Accessibility links

Prezident Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb


ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezident Əliyevlə görüşü

ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezident Əliyevlə görüşü

Həmsədrlər aprelin 4-də cəbhəni keçərək Dağlıq Qaeabaa gedəcək, sonra isə əks istiqamətdə cəbhə xəttini keçəcəklər

Aprelin 2-də dövlət başçısı İlham Əliyev Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyəti müzakirə etmək üçün Bakıya gələn Minsk Qrupunun həmsədrlərini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 4-5-də Ermənistan-Azərbaycan cəbhəsinin təmas xəttində ATƏT-in monitorinqi olacaq.

Aprelin 4-də həmsədrlər Tərtər-Ağdərə yolunda cəbhə xəttini keçəcəklər. Aprelin 5-də isə Ağdam-Bərdə yolunda cəbhə sahəsini keçərək geri dönəcəklər.

Xatırladaq ki, aprelin 4-də həmsədrlər Dağlıq Qarabağın liderləri ilə görüşəcəklər və
bir gündən sonra Bakıya qayıdacaqlar.
XS
SM
MD
LG