Accessibility links

Minsk Qrupu Azərbaycan və Ermənistan liderlərinin görüşünü razılaşdıra bilməyib


Azərbaycan və Ermənistan prezidentləri
Azərbaycan və Ermənistan prezidentləri

İyunun 12-də Zalsburqda keçirilməsi planlaşdırılan növbəti görüş baş tutmayıb

ATƏT Minsk Qrupu yenə Ermənistan və Azərbaycan prezidentlərini danışıqlar masası arxasına əyləşdirə bilməyib, bu barədə İTAR-TASS diplomatik mənbələrə istinadla məlumat yayıb.

“İyunun 12-də Zalsburqda keçirilməsi planlaşdırılan görüşün növbəti raundu baş tutmayıb”, deyə mənbə qeyd edib.

Onun proqnozuna görə, “indi bu görüş haqqında ən tez yayın sonlarında – payızın əvvəllərində danışmaq olar”.

Rusiya, ABŞ və Fransanın daxil olduğu ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi çıxış edir.

Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə 2011-ci ilin iyununda Kazan şəhərində görüşüblər. Bu görüşdən sonra tərəflər bir-birini danışıqları pozmaqda və qeyri-səmimilikdə ittiham edən bəyanatlar veriblər.
XS
SM
MD
LG