Accessibility links

Minsk qrupunun həmsədrləri Belarus xarici işlər naziri ilə görüşüb


Minsk qrupunun həmsədrləri Belarus xarici işlər naziri ilə görüşüb

Minsk qrupunun həmsədrləri Belarus xarici işlər naziri ilə görüşüb

Martın 12-də Minskdə ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Pyer Andryön (Fransa), İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), ATƏT-in fəlaiyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik Belorusun xarici işlər naziri Vladimir Makeylə görüşüb.

Belorus Xarici İşlər Nazirliyinin rəsmi saytının məlumatına görə, həmsədrlər Belorus xarici işlər nazirinə münaqişə zonasındakı durum və danışılqlar prosesinin inkişafı ilə bağlı məlumat verib. Görüşdə gələcəkdə qarşılıqlı fəaliyyət və Belorus tərəfinin nizmalanma prosesinə mümkün köməyi müzakirə edilib.

Görüşdən sonra amerikalı həmsədr Ceyms Uorlik "Twitter" sәhifәsindә Minskdә Dağlıq Qarabağ münaqişәsinin tәnzimlәnmәsi istiqamәtindә keçirilən görüşün çox faydalı olduğunu yazıb.

“Minsk qrupunun bütün üzvlәri ilә işlәmәyi sәbirsizliklә gözlәdiklərik”, o qeyd edib.

Xatıladaq ki, Minsk qrupunun həmsədrləri Minsk qrupunun üzvü olan dövlətlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparmağa başlayıb. Həmsədrlər Belarusdan öncə Almaniya və Finlandiya ilə də məsləhətləşmələr aparıb.

Minsk qrupunun həmsədr dövlətlıərinin liderləri dəfələrlə Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsinin vacibliyini bəyan edib. Buna baxmayaraq danışıqlarda hələ də irəliləyiş görünmür.

Son aylarda Azərbaycan tərəfi Böyük Sülh Sazişi üzrəində işləməyin başlanmasını təklif edib. Bu təklif Farnsa prezidenti və həmsədrlər tərəfindən dəstəklənib. Lakin, təkilifin Ermənistan tərəfindən qəbul edilib-edilməməsi ilə bağlı məlumat verilmir.

Ekspertlər son dövrdə Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artan xəttlə davam etdiyini bildirir. Onların firkincə, Rusiya gərginliyin artmasında maraqlıdır və Ermənistanın hərbi aktivliyi ilə Xəzər neft-qaz resurslarının Avropaya nəqlinə mane olmağa çalışır. Rəsmı məlumatlar da bu il cəbhədə hər iki tərəflin itkilərinin artdığını göstərir.

XS
SM
MD
LG