Accessibility links

Həmsədrlər məcburi köçkünlərlə görüşüb


Münaqişə regionunun xəritəsi
Münaqişə regionunun xəritəsi

ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıda Abşeron qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərlə görüşüb.

Görüşdə amerikalı həmsədr Ceyms Uorlik qeyd edib ki, həmsədrlərin arzusu münaqişədən əziyyət çəkənlərin hamısının evlərinə qayıtmasıdır.

“Biz münaqişənin tam həllinə inanırıq. Biz istəyirik ki, məcburi köçkünlər evlərinə - Zəngilana qayıtsınlar. Biz həmsədrlər kimi bunun tez bir zamanda baş verməsi üçün hər şeyi edirik, lakin çox şey Azərbaycan və Ermənistan prezidentlərindən və tərəflərin siyasi iradəsindən asılıdır”-deyə Ceyms Uorlik əlavə edib.

“Biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermənilərlə birgə yaşaya biləcəklər. Hesab edirəm ki, Azərbaycan və Ermənistandakı valideynlər və müəllimlər uşaqları sülhə çağırmalıdırlar”-deyə amerikalı həmsədr qeyd edib.

Həmsədr Bakıya gəlməmişdən öncə Yerevanda görüşlər keçirib.

XS
SM
MD
LG