Accessibility links

Həmsədrlər Qarabağda atəşkəs rejiminin genişmiqyaslı pozulmasından narahatdır


Dağlıq Qarabağ

Dağlıq Qarabağ

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində atəşkəs rejiminin genişmiqyaslı pozulması barədə xəbərlərə görə ciddi narahatlığını bildirir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında deyilir:

"Biz gücdən istifadəni qətiyyətlə qınayırıq və insanların, o cümlədən mülki vətəndaşların mənasız ölümünə görə təəssüflənirik", həmsədrlər qeyd edir.

Onlar tərəfləri atəşkəsə əməl etməyə və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri vurğulayıb ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə seçim variantı ola bilməz.

Öz növbəsində, ABŞ-dan olan həmsədri Ceyms UorlikATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 4-də Vyanada görüşəcəklərini bildirib.

Onun sözlərinə görə, vasitəçilər təmas xəttindəki vəziyyəti müzakirə edəcəklər.

Aprelin 5-də isə həmsədrlər ATƏT-in Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər.

XS
SM
MD
LG