Accessibility links

Sergey Lavrov Minsk qrupunun həmsədrləri ilə Dağlıq Qarabağ probelmini müzakirə edib


Sergey Lavrov

Sergey Lavrov

Sentyabrın 8-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri İ.V.Popov (Rusiya), C.Uorlik (ABŞ) və P.Andriyu (Fransa), həmçinin ATƏT-in hazırkı sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi A.Kaspşiki qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Dağlıq Qarabağ nizamlanmasına dair aktual məsələlər, o cümlədən bu il mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların reallaşmasının gedişi, eləcə də Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində hazırki durum müzakirə olunub.

XS
SM
MD
LG