Accessibility links

Miqrant böhranı Avropa İttifaqının gələcəyinə təhlükədirmi? [Video]


Bəzi təhlilçilər deyir ki, indi Avropa İttifaqı artıq varolma təhlükkəsi ilə üz-üzədir

Son bir neçə ay ərzində iki böhran Avropa İttifaqının təməllərini silkələyib: Yunanıstanın iqtisadi problemlərinin yaratdığı siyasi xaos və minlərlə miqrant və qaçqın axını. Bəzi təhlilçilər deyir ki, indi də Avropa İttifaqı artıq varolma təhlükkəsi ilə üz-üzədir.

Qaçqın böhranına vahid Avropa reaksiyası gərəkdir və bu problem də Avropa İttifaqının günahı deyil

İyul ayında Yunanıstanda baş verən iqtisadi və siyasi iğtişaş seçicilər referendum zamanı Aİ-nın xilas paketinin şərtlərini rədd etdiyində ən yüksək həddə çatdı.

Brüsseldən gələn təzyiq nəticəsində baş nazir Aleksis Tspiras referendum nəticəsinə qarşı gələrək, razılığı imzaladı. Tarixçi Andrea Mammonun sözlərinə görə, bu Avropa Birliyinə olan inamı sarsıtdı.

“Nə üçün xarici ölkədən bir siyasətçi və ya bir nazir sənə nəyə səs verməli olduğunu deməlidir? Hanı burda demokratik qanunauyğunluq?”

Həftələr sonra isə yüz minlərlə miqrant Avropa sahillərinə axın etməyə başladı və onların sayı artmaqda davam edir. Avropa qaçqınların acınacaqlı vəziyyətinə biganə qalmaqda ittiham olunur.

Mammon deyir ki, bu hadisə Avropa həmrəyliyini ifşa etdi.

“Ölkələrarası, eləcə də bu ölkələrin əhaliləri ilə autsayderlər arasında çat var. Autseyderlər , başqa sözlə yad insanlar digər Avropa ölkələri, digər Avropa xalqlarıdır. İndi isə artıq bəzi ölkələrdə bu hal daha tez-tez müşahidə edilir ki, onlar dünyanın digər yerlərindən gələn mühacirlərə də autsayder kimi baxırar.

Bu problemə cavab ittifaqı dağıtmaqda deyil, deyə Avropa İslahatı Mərkəzinədn Kristian Odendal bildirir.

“Qaçqın böhranına vahid Avropa reaksiyası gərəkdir və bu problem də Avropa İttifaqının günahı deyil. Bir halda ki, demokratiyalar təkbaşına iqtisadi böhran kimi problemləri həll edə bilmirlər, onlar daha da inteqrasiya olunmalıdırlar.”

Avropanın şengen razılığı ilə 1985-ci ildə passportsuz səyahət zonası yaranıb. Bu zona o vaxtdan bəri Avroppa İttfaqı boyu artıb.

Şengen yəni hərəkət azadlığı, sərhədlərin açıq olması Avropa İttifaqının əldə etdiyi ən böyük irəliləyişlərdən biri olub. İndi isə hasarların tikildiyini görmək insanda şok hissi yaradır

Amma hərəkət azadlığının əsas prinsipləri sınanıb, çünki bəzi ölkələr yenidən sərhəd yoxlanışları tətbiq edir. Macarıstan, məsələn, cənub sərhədində tikanlı məftil hasarlar inşa edib.

“Şengen yəni hərəkət azadlığı, sərhədlərin açıq olması Avropa İttifaqının əldə etdiyi ən böyük irəliləyişlərdən biri olub. İndi isə hasarların tikildiyini görmək insanda şok hissi yaradır.”

Təhlükələr uzaq olsa da, artır. Britaniya 2018-ci ildə Avropa İttifaqından ayrılmaqla bağlı səsvermə keçirəcək. Son rəy sorğularına əsasən respondentlərin əksəsiryəyti İttifaqdan ayrılmaq tərəfdarıdır. Analitiklər deyir ki, bu cür nəticə Avropa İttifaqı üçün məhvedici ola bilər.

XS
SM
MD
LG