Accessibility links

Onlarla ac və qəzəbli miqrant Yunanıstanın Makedoniya ilə sərhədində özlərinin düzəltdiyi çadırlarda qalır.

Onların əksəriyyəti suriyalı olsa da, aralarında iraqlılar və şimali afrikalılar da var. Avropada bir çox ölkə miqrantların qitədə sərbəst hərəkət etmələrinin qarşısını aldığı üçün onlar Yunanıstanda qalıb.

Hələ ki, Makedoniya hökümətinin fikrini dəyişib, sərhədi açacağı gözlənilmir.

Cümə axşamı Afinada Avropa Şurası prezidenti Donald Taskla görüşəndən sonra Yunanıstanın baş naziri ölkəsinə gələn minlərlə miqrantın onların payına düşən hissəsini qəbul etməkdən imtina edən Avropa İttifaqı ölkələrinə qarşı sanksiyaların tətbiq olunmasına çağırıb.

XS
SM
MD
LG