Accessibility links

Analitiklər miqrant böhranının köklərini müzakirə edirlər [Video]


Avropa liderləri miqrant axını probleminin həlli yollarını tapmağa çalışır

Avropa liderləri miqrant axını probleminin həlli yollarını tapmağa çalışır. Onlar eyni zamanda, İkinci Dünya Müharibəsindən bəri qitədə ən ciddi qaçqın böhranının əsas səbəblərini müzakirə edirlər.

Qərb ittifaqı Suriyanın zəifləməsinin, əsasən də böhranın qarşısını almaq üçün tədbilər görmədi. Ona görə də vəziyyət pisləşdi

Almaniya Marşal Fondunun təhlilçisi İvan Vejvodanın sözlərinə görə, İraq və Əfqanıstanda davam edən müharibələr bu ölkələri zəiflədib, Ərəb Baharından sonra isə böhranlı şərait yaranıb və heç kəs Suriyaya müdaxilə etmək istəmir.

“Qərb ittifaqı Suriyanın zəifləməsinin, əsasən də böhranın qarşısını almaq üçün tədbilər görmədi. Ona görə də vəziyyət pisləşdi.”

Brukinqs İnstitutunda ABŞ-ın İslam Dünyası ilə Əlaqələri Layihəsinə nəzarət edən Uilliam MakKantsın dediyinə görə, məsuliyyət təkcə Qərbin üzərinə düşmür.

“Məncə məsuliyyət birbaşa olaraq xalqlar rejimin sülh yolu ilə dəyişməsini tələb etdikdə onları dinləməyən hakimiyyətlərin üzərinə düşür. Məsuliyyət onlarla qonşu ölkələrin, əsasən də daha zəngin ölkələrin və ən sonda beynəlxalq ictimaiyyətin üzərinə düşür.”

Makkants böhrana eyni zamanda, İŞİD və Əsəd rejiminin özünün səbəb olduğunu deyir.

Amma Vejvodanın sözlərinə görə, bu günkü hadisələrə geriyə baxaraq qiymət verilir.

“O zaman şərtlər tamamilə fərqli idi və məncə, insanların baş verənlər haqda xəbəri yox idi.”

Yaxın Şərq İnstitutunda təhlilçi alim Daniel Server deyir ki, artıq diqqət bir həll tapmağa yönəlməlidir.

“Problemi indiki vəziyyətə əsaslanaraq həll etmək düzgün deyil və hazırda asan çözümlər mövcud deyil.”

Makkanst deyir ki, bəzi Körfəz ölkələri qaçqın düşərgələrinə milyonlarla dollar pul ianə etməyi vəd etsə də, hələ ki bunu həyata keçirməyib. Makkanst və Server razılaşır ki, daha cöx qiqqət qaçqınların tərk etdiyi icmalara yönəlməlidir.

Problemi indiki vəziyyətə əsaslanaraq həll etmək düzgün deyil və hazırda asan çözümlər mövcud deyil

Makkants həmçinin radikalların Avropaya sızmaları ilə bağlı narahatlıqları cavablandırır.

“Gələn insanların böyük əksəriyyəti hərcmərclikdın qaçmaq istəyir, amma heç kəs dəqiq deyə bilməz ki, radikallar bura keçməyə çalışmayacaqlar, xüsusən də İŞİD döyüşçüləri, çünki onların bəzisi üçün Avropada hücumlar həyata keçirmək prioritetdir.”

Benəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata görə, bu il Avropaya 470 mindən çox insan gəlib və onların 40 faizi Suriyadandır.

XS
SM
MD
LG