Accessibility links

Son günlər Aralıq dənizində 700-dən artıq miqrant boğulub


Aralıq dənizində 700-dən artıq miqrantın 3 müxtəlif gəminin batması nəticəsində boğulduğundan ehtiyat edilir.

100-dən artıq insanın olduğu təxmin edilən gəmilərdən biri çərşənbə günü, 550 nəfəri daşıyan gəminin isə cümə axşamı batdığı bildirilir. Onlar Liviyadan yola düşmüşdü.

İtaliya polisi gəmilərdən birinin kapitanını, 28 yaşlı Sudan vətəndaşını nəzarət altına alıb.

Nə qədər insanın olduğu bilinməyən 3-cü gəmi cümə günü batıb. 135 nəfər xilas edilib, 45 nəfərin cəsədi çıxarılıb. Bir çoxları hələ də itkindir.

BMT-nin qaçqınlar agentliyinin sözçüsü Federiko Fossi vəziyyəti xaotik adlandırıb.

Cümə günü Aralıq dənizindən 16 müxtəlif əməliyyat zamanı 1900-dən artıq miqrant xilas edilib.

Onlar İtaliyanın liman şəhərləri Taranto və Pozalloda saxlanılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG