Accessibility links

Miqrantların ölümü Avropa İttifaqına qarşı təzyiqləri artırıb [Video]


Son bir neçə gün ərzində Liviyadan Aralıq dənizi vasitəsi ilə İtaliyaya keçməyə çalışan qaçqınların 29-u donaraq dünyasını dəyişib. Ölənlər ekstremal soyuq hava şəraitində dənizdən xilas edilən 100-dən artıq liviyalı miqrant arasında olub. Bu son fəlakət Avropa İttifaqının xilas və axtarış missiyasının bərpası çağırışlarına səbəb olub.

İtaliyanın sahil keşik gəmisi vasitəsi ilə sıfırdan aşağı temperatur, 8 metrlik dalğalar arasından miqrantlar xilas edilib. Aralarında bəzilərinin altıq ölmüş olduğu insanlar İtaliyanın Lampedusa adasına çatdırılıb.

Lampedusanın merinin ötən il xilas və axtarış əməliyyatlarının dayandırılması göstərişi indi bir daha mübahisələr mövzusuna çevrilib.

Avropa İttifaqının Triton əməliyyatı adlanan missiyada İtaliya iştirak etmir. Lakin Avropa sahillərində az da olsa gəmi və patrul xidməti fəaliyyət göstərir.

Hadisədən əvvəl Avropa İttifaqının Fronteks sərhəd agentliyinin əməkdaşı İzabella Kuper təhlükədə olan miqrantların xilas edilməsinə çağırmışdı. “Çox hallarda təcili xilas və axtarışa ehtiyac olduğunu görürük. İnsan həyatlarının xilası naminə əməliyyat ərazisindən kənara da çıxmalıyıq.”

Kuperin dediyinə görə, resurs azlığı bütöv Aralıq dənizi boyunca Triton əməliyyatını imkansız edir. “Söhbət 2.5 milyon kvadrat kilometrlik bir ərazidən gedir. Bu, çətin, qeyri-mümkündür. Miqrantların sayı artdıqca kiçik qayıqları aşkarlayıb, xilas etmək mümkün olmayacaq.”

2014-cü ildə Avropa ölkələrinə Aralıq dənizi vasitəsi ilə 170 min miqrant keçib. Onların 25 faizini suriyalılar təşkil edir. Təhlükəli səyahət 3 mindən artıq insan həyatı bahasına başa gəlib.

Son aylar insan qaçaqmalçıları miqrantları yük gəmilərinə doldurmaqla yeni taktikaya əl atıb. Keçən ay İtaliyanın sahil sularında aşkar edilən gəmilərdən birində 450 Suriya qaçqını xilas edilib. Onlar bu səfərlərinə 6 min dollar ödəyib.

Xilas gəmisinin komandiri İnar Valsson: “Reallıq dəhşətli bir səhnədir. İlk dəfə onları gördükdə bu əməliyyatı necə həyata keçirəcəyimizi düşündüm.”

Icelandic komandası İtaliyanın sahil keçikçilərinin yardımı ilə gəmini sahilə yaxınlaşdırmağa nail olub.

Miqrantların ölümü humanitar patrul xidmətinin genişləndirməsi çağırışlarını bərpa edib. Lakin Avropa İttifaqında belə bir patrul xidmətinin insanları riskə getmətə təşviq edəcəyi ilə bağlı parçalanma mövcuddur.

XS
SM
MD
LG