Accessibility links

Azərbaycanlılar Düseldorfda Beynəlxalq Miqrant Gününü qeyd edib


Miqrant
Miqrant

Dekabrın 18-də “Avropa Azərbaycanlıları İnteqrasiya və İnkişaf” ictimai birliyi Almaniyanın Düseldorf şəhərində Beynəlxalq Miqrant Günü ilə əlaqədar konfrans keçirib. Konfransda Avropa ittifaqına üzv olan ölkələrin əksəriyyətindən Almaniyadan, Hollandiyadan, İsveçdən, Norveçdən, Belçikadan, Litvadan, Latviyadan olan azərbaycanlılar iştirak edib.

Hazırda Almaniyada mühacirətdə olan Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev Facebook səhifəsində yazıb ki, konfransda xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti – qanunvericilik və mövcud vəziyyət, Avropada yaşayan azərbaycanlıların məlumatlandırılması sahəsində mövcud vəziyyəti, Azərbaycanlı mühacirlərin Avropada təşkilatlanmasına baxış - problemlər və prespektivlər mövzularında mühazirələr təşkil olunub.

Tədbirdə həmçinin ölkədə miqrasiya və vətəndaşlıqla bağlı siyasətin son zamanlar xaricdə yaşayan azərbaycanlılara münasibətdə sərtləşdirilməsi, bu siyasətin daha çox vətəndaşlıqdan məhrum etmə hallarına şərait yaratması, heç bir hüquqi əsas olmadan vətəndaşların ölkəni tərk etmək hüquqlarının məhdudlaşdırılması, Avropa ölkələrində yaşayan azərbaycanlılarınAzərbaycan hökumətinə münasibəti, azərbaycanlılar tərəfindən Avropa ölkələrində birgə layihələrin icrasının mümkünlüyü və zəruriliyi, diaspora təşkilatlarının inkişafı və bu sahədə ən yaxşı təcrübələr müzakirə olunub.

Əlövsət Əliyev Azərbaycan prezidentinin 1296 saylı 10 iyun 2014-cü il tarixli sərəncamı ilə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri olmuş Emin Hüseynovun Azərbaycan Respublikası vətəndaşlığına xitam veriməsindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edildiyini diqqətə çatdırib.

XS
SM
MD
LG