Accessibility links

Miqrantlar Fransanın Kale şəhərindəki düşərgəni tərk edirlər


Fransanın şimal Kale şəhərində yerləşən “Cəngəllik” kimi tanınan qaçqın düşərgəsinin bu yaxınlarda ləğv ediləcəyi gözlənildiyi üçün oradakı qaçqınlar şəxsi əşyalarını götürüb düşərgəni tərk edirlər.

Müvəqqəti düşərgədə acınacaqlı şərtlər altında yaşayan 8 minə yaxın miqrantın evakuasiyasının bir həftə davam edəcəyi gözlənilir. Onlar Fransadakı digər qaçqın mərkəzlərində yerləşdiriləcəklər və sığınacaq üçün müraciət etmək imkanı ilə təmin ediləcəklər.

Lakin bəzi miqrantlar La-Manş kanalı vasitəsilə Britaniyaya keçmək istədikləri üçün, onların düşərgəni tərk etməyəcəyinə dair narahatlıq mövcuddur.

Britaniya artıq düşərgədə yaşayan təxminən 13 min kimsəsiz uşağın bir hissəsini qəbul etməyə başlayıb.

Evakuasiya işləri başlamadan bir neçə saat əvvəl düşərgənin dağıdılmasına etiraz edən bəzi qaçqınlarla polis arasında qarşıdurma yaşanıb.

Fransa höküməti qaçqınların yerləşdirmə əməliyyatının “humanitar” xarakter daşıdığını və ölkənin ən böyük “daxma şəhərinin” bağlanmasına yardım edəcəyini bildirib.

“Cəngəllik” düşərgəsinin ləğvi ilə Avropanın miqrant böhranındakı çətin səhifənin bağlanacağı güman edilir.

Düşərgə Fransa və Britaniya arasındakı münasibətləri gərginləşdirməklə yanaşı, eləcə Kaledəki yerlə əhali arasında da gərginlik yaradıb.

XS
SM
MD
LG