Accessibility links

Miqrantların Makedoniyaya keçməsi ciddi yoxlamalara görə ləngiyir


Yüzlərlə miqrant və qaçqın Makedoniyanın Yunanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməsi nəticəsində uzun növbələrdə gözləməli olub.

Makedoniyaya daxil olan bütün miqranlar vətəndaşlıqlarının müəyyən edilməsi məqsədil 30 dəqiqəlik müsahibə keçməlidir. Makedoniya hazırda yalnız Suriya, İraq və Əfqanıstandan gələn qaçqınların ölkəyə girişinə icazə verir.

Lazımi sənədləri olmayan, ya da sənədlərin saxta olduğuna dair şübhərlə olduqda və ya gəldikləri ölkəni göstərə bilməyən şəxslərin sərhədi keçməsinə icazə verilmir.

Makedoniya sərhədində 37 kilometrlik hasar çəkilib. Slovakiya və Çex Respublikasından 54 polis zabiti Balkan ölkəsinə zəngin Avropa ölkələrinə keçməyə cəhd edən miqrantların axınına nəzarət etməyə kömək edir.

Sərhəddə qeydiyyatdan keçdikdən sonra Gevgeliya düşəgəsindəki qaçqınlar şimal istiqamətində qatara minmək üçün gözləyir. Qaçqın düşərgəsi min nəfəri qəbul edə bilir. Bazar günü növbəyə görə burada iki min beş yüzdən artıq qaçqının gözlədiyi bildirilir.

Qaçqınlar və miqrantlar Yunanıstanda Piraeus limanında sərnişinlər üçün terminalda
Qaçqınlar və miqrantlar Yunanıstanda Piraeus limanında sərnişinlər üçün terminalda

Saxta sənədlər

BMT-nin Qaçqınlar üzrə agentliyinin koordinatoru Hana Habahbeh bidlirib ki, saxta sənədlə gələnlərin sayı artır, buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə ehtiyac var.

"Saxta sənədlərin yoxlanılması məqsədiə təhlükəsizlik tədbirləri artırılıb, çünki son iki ayda qaçqın axını azalıb və indi yalnız üç ölkədən-Əfqanıstan, İraq və Suriyadan qaçqınlar gəlir. Polis çox sayda saxta sənəd aşkar edib, çox sayda qeyri-qanuni miqrant var. buna görə də bu addımlar atılır"-deyə o bildirib.

İraqdan gələn kürd qaçqın Yunis yoxlamaların nəyə görə aparıldığını başa düşdüyünü deyib, lakin onun sözlərinə görə, düşərgədə insanların sayı həddindən artıq çoxdur.

"Bu normaldır. Xaricə qanuni yolla getmək istəyirsənsə, səfirliyə müraciət etməlisən, pasporta möhür qoyulmalıdır. Sənədlərin hamısı buradadır. Amma problem odur ki, buradakı qaçqınların sayı çoxdur. Bu, qaçqınların özü, həm də işçilər üçün problem yaradır"-deyə Almaniyada qardaşına qovuşacağına ümid edən Yunis bildirib.

Yaxın Şərq, Asiya və Afrika ölkələrindən yoxsulluq, müharibə və təqiblər nəticəsində qaçan bir milyondan artıq insan Avropa ölkələri, əsasən də Almaniyaya üz tutur. Keçən ay Yunanıstana 62 min miqrant daxil olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG