Accessibility links

Cənub-şərqi Avropada miqrantlar ekstremal soyuq hava şəraiti ilə üzləşir [Video]


Cənub-şərqi Avropada miqrantlar ekstremaı soyuq hava şəraiti ilə üzləşir
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Yardım agentlikləri bildirir ki, cənub-şərqi Avropada həddindən artıq soyuq hava yaxınlaşdığı üçün regiondakı minlərlə miqrant ölüm riski ilə üzləşir. Bu həftə Balkan ölkələrində temperatur mənfi 20 dərəcəyə enib və orada sığınacaq axtarışında ilişib qalan bir çox miqrant açıq havada çadırlarda və ya özlərinin düzəltdiyi müvəqqəti sığınacaqlarda yaşayır.

Qaçqın problemi Yunanıstan, İtaliya və Maltanın öhdəliyinə buraxıla bilməz. Bu, Avropanın problemidir və biz Avropa olaraq həmrəylik göstərməliyik.
Jan-Klod Yunker

Cənub-şərqi Avropa boyu ekstremal hava şəraiti yaranıb. Minlərlə miqrant isə boş anbarlarda və ya tərk edilmiş binalarda yatır. Bu binalar, onları qardan qorusa da, içəridə havanın temperaturu donma nöqtəsindən aşağıdır.

“Mən bu cür yeri heç yuxumda belə görməmişdim. Vəziyyət çox pisdir, hava da çox soyuqdur”, deyə miqrant Məhəmməd Yusif Navid bildirir.

Serbiya höküməti bütün miqrantları rəsmi düşərgələrə köçməyə çağırır. Amma yardım qrupları düşərgələrin dolu olduğunu bildirir.

Sərhədsiz Həkimlər deyir ki, artıq bəzi miqrantlar soyuqdan ölüb. Xeyriyyə qrupunun Serbiyadakı missiyasının başçısı Stefan Moissainq deyir ki, qrup bir sıra sağlamlıq problemlərini müalicə edir.

“Tənəffüs yollarının iltihabı, qotur və bit epidemiyası var. Bundan əlavə son günlərdə sərhədi əsasən də Bolqarıstandan keçən yeni miqrantlar arasında bir neçə donvurma halı olub”, deyə o bildirir.

Macarıstanın ortaq sərhəddə hasar inşa edərək Balkan marşrutunu bağlamaq cəhlərinə baxmayaraq, hər gün Serbiyaya təxminən 100 miqrant gəlir.

Onların çoxu on minlərlə miqrantın ilişib qaldığı Yunanıstandan gəlir. Soyuq hava isə artıq Afina və hətta yunan adalarına da gəlib çıxıb.

Serbiya-Macarıstan sərhədində miqrantlar
Serbiya-Macarıstan sərhədində miqrantlar

Düşərgələrdəki şəraitə görə beynəlxalq tənqidlərlə üzləşən rəsmilər BMT-nin sponsorluq etdiyi proqramın vasitəçiliyi ilə yüzlərlə miqrantı boş otel otaqlarına yerləşdirib. 500 miqrant isə Lesbos adasındakı dəniz donanmasına aid gəmilərdə qalacaq.

“Biz ümid edirik ki, yaxında çadırlarda heç kim qalmayacaq, xüsusilə də, hava şəraiti sərt olduğu və qış hələ bitmədiyi üçün.”

Yardım agentlikləri Avropa İttifaqını ilişib qalan miqrantlara yardım edə bilmədiyinə görə qınayır. Çərşənbə günü, Maltada çıxış edən Avropa Komissiyasının prezident Jan-Klod Yunker üzv ölkələrini Aİ-nın yerləşdirmə planını həyata keçirməyə çağırıb.

“Qaçqın problemi Yunanıstan, İtaliya və Maltanın öhdəliyinə buraxıla bilməz. Bu, Avropanın problemidir və biz Avropa olaraq həmrəylik göstərməliyik.”

Bu arada isə Almaniya 2016-cı ildə ölkəyə daxil sığınacaq axtarışında daxil olan miqrantların sayının azaldığını bildirib. Yəni 2015-ci illə müqayisədə 2016-da miqrantların sayı 890 mindən 280 minə düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG