Accessibility links

Dünya liderləri miqrasiya böhranının həllinə çağırır


Liviya sahillərində 700-ə yaxın miqrantı daşıyan çönmüş qayıq aşkar edilib.

28 adam xilas edilib. 24 nəfərin cəsədi sudan çıxarılıb. Yüzlərlə insan hələ də itkindir.

Qayıq İtaliyanın Lampeduza adasından 193 kilomertlik məsafədə çönüb.

Avropa liderləri Afrika və Yaxın Şərqdən miqrasiya böhranının həlli məqsədi ilə təcili ölçülər götürülməsinə çağırır.

Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Federika Mogerini deyib ki, qurumun fəlakətlərə cavab vermək vaxtı çatıb.

İtaliyanın baş naziri Matteo Renzi ölənlərin sayının artacağı barədə xəbərdarlıq verərək, hər gün faciələrə şahid olunduğunu bildirib.

Fransa prezidenti Fransua Olland ötən il 4 min insanın ölümünə səbəb olan insan qaçaqmalçılığı ilə mübarizəyə çağırıb.

Roma Papası Frasis həftəlik müraciəti zamanı beynəlxalq ictimaiyyəti miqrant fəlakətlərinə mane olmağa səsləyib.

Hər il minlərlə insan Aralıq dənizi vasitəsi ilə yoxsulluq və müharibələrdən xilas olmaq ümidi ilə Avropaya üz tutur.

Bu ilin əvvəlindən 500-dən artıq insan həlak olub.

Cümə günü ABŞ prezidenti Barak Obama Vaşqintona səfər edən İtaliyanın baş naziri Matteo Renzi ilə miqrasiya problemini müzakirə edib.

Renzi Aralıq dənizinin insanların məzarlığına çevrilməsini görmək istəmədiyini bildirib.

Prezident Obama region ölkələrini siyasi ölçülər yolu ilə böhranı həll etməyə çağırıb.

Avropa İttifaqı havaların qızması ilə miqrasiya axının artacağı barədə xəbərdarlıqla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG