Accessibility links

AXCP fəalına 25 sutka həbs veriblər


Mirağa Abbasov (Foto Mirağa Abbasovun Facebook səhifəsindən götürülüb)

Mirağa Abbasov (Foto Mirağa Abbasovun Facebook səhifəsindən götürülüb)

Dekabrın 18-də Sabirabad rayon Məhkəməsi (Bakıdan 176 kilometr cənub-qərb) AXCP Gənclər Komitəsinin Sabirabad rayon şöbəsinin sədr müavini Mirağa Abbasovu polisə müqavimət və hərbi xidmətdən yayınma ittihamı ilə inzibati qaydada 25 sutka azadlıqdan məhrum edib. Bu barədə Turana AXCP sədrinin müavini Əbülfəz Qurbanlı bildirib.

Mirağa Abbasov (Foto Mirağa Abbasovun Facebook səhifəsindən götürülüb)

Mirağa Abbasov (Foto Mirağa Abbasovun Facebook səhifəsindən götürülüb)

Onun sözlərinə görə, ittihamlar siyasidir. “Mirağa Abbasov polisə müqavimət göstərməyib və polis onu sakitcə aparıb. Hərbi xidmətdən yayınma ittihamına gəlincə Abbasov qanuni şəkildə (görmə qabiliyyəti zəif olduğu üçün) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiSabirabad rayon şöbəsi tərəfindən hərbi xidmətə yararsız sayılıb”, sədr müavini qeyd edib.

Qurbanlı Mirağa Abbasovun həbsinin əsas səbəbi kimi sosial şəbəkələrdə fəal iştirakını və tənqidi statuslarını göstərib. “Bir neçə ay öncə də onu mülki geyimli şəxslər saxlayıb xəbərdarlıq etmişdi”, o qeyed edib.

XS
SM
MD
LG