Accessibility links

Mirhüseyn Musəvi: İran xalqına salamımı çatdırın


İran müxalifətinin lideri Mirhüseyn Musəvi

İran müxalifətinin lideri Mirhüseyn Musəvi

Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd oktyabrın 17-də ailə üzvləri, qohum-əqrəbası ilə görüşüb

İran müxalifətinin ev dustaqlığında saxlanan lideri Mirhüseyn Musəvi və xanımı Zəhra Rəhnəvərd oktyabrın 17-də ailə üzvləri, qohum-əqrəbası ilə görüşüblər.

“Media forum” saytının məlumatına görə, ETTELAAT-ın nəzarəti altında saxlandığı mənzildə keçirilən 3 saatlıq görüşdə Mirhüseyn Musəvi ölkənin siyasi və iqtisadi baxımdan gərgin vəziyyətdə olduğunu bildirib: “Ölkə əhalisinin güzəranı gündən-günə pisləşir. İnsanlar çətin şəraitdə yaşayırlar. Siyasi məhbusların isə durumu ağırdır. Mən sizdən və xalqdan istəyirəm ki, siyasi məhbusların sağlamlığı və tezliklə azadlığa buraxılması üçün dua edəsiniz. İran xalqına mənim salamımı çatdırın”.

Mirhüseyn Musəvi 2010-cu ildən ev dustağıdır.
XS
SM
MD
LG