Accessibility links

Mirhüseyn Musəvi: Fironlar xalqın səsini eşidəndə gec olur


Mirhüseyn Musəvi: Fironlar xalqın səsini eşidəndə gec olur

Mirhüseyn Musəvi: Fironlar xalqın səsini eşidəndə gec olur

Cənab Musəvinin fikrincə, Tunis, Sana, Qahirə, İsgəndəriyyə və Süveyş küçələrində baş verənlərin başlanğıc nöqtəsini 2009-cu ilin iyununda İranda keçirilən kütləvi etiraz aksiyalarında axtarmaq lazımdır

İran müxalifətinin liderləri Mirhüseyn Musəvi ərəb ölkələrində, o cümlədən Tunis və Misirdə xalqların avtoritar rejimlərə qarşı apardığı mübarizəyə dəstək verib.

“Media forum” saytının məlumatına görə, cənab Musəvinin bəyanatında deyilir ki, bu gün Orta Şərqdə baş verənlər, istibdad altında yaşayan insanların zülmə qarşı qaldırdığı üsyanlar bölgəni cənginə alan zülmkar hakimiyyətlərin xalqların hüquq və taleyinə hörmətsizliyi ucbatından meydana çıxıb: “Bu günlər Orta Şərq dünya və bölgə xalqlarını təsir altına ala biləcək böyük hadisələr ərəfəsindədir. Aydın məsələdir ki, baş verən olaylar və hadisələrin gedişi bir çox xalqın taleyini cənginə alan zülmkar sistemləri devirməyə yönəlib.

Şübhəsiz ki, bu gün Tunis, Sana, Qahirə, İsgəndəriyyə və Süveyş küçələrində baş verən olayların başlanğıc nöqtəsini 2009-cu ilin iyununda İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı bir neçə milyon adamın iştirakı ilə keçirilən kütləvi etiraz aksiyalarında axtarmaq lazımdır. Yəni xalqın “Mənim səsim hanı?” şüarı ilə dinc şəkildə küçələrə axışıb öz hüququnu tələb etdiyi günlərdə.

Təəssüf ki, fironlar xalqın səsini eşidəndə artıq gec olur. Bizim xalq igid Tunis xalqının inqilabına, o sıradan da Misir, Yəmən və bölgənin digər xalqlarının haqq uğrunda qaldırdığı qiyama hörmətlə yanaşır. Ayıq və şücaətli Misir, Tunis, İordaniya və Yəmən xalqlarına salam göndərməklə Allahdan onların zülmə qarşı apardıqları mübarizənin qələbə ilə nəticələnməsini istəyirik”.

XS
SM
MD
LG