Accessibility links

Mirhüseyn Musəvidən 55 gündür övladlarının xəbəri yoxdur


Mirhüseyn Musəvidən 55 gündür övladlarının xəbəri yoxdur

Mirhüseyn Musəvidən 55 gündür övladlarının xəbəri yoxdur

Mirhüsüyn Musəvi 9 aya yaxındır həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə həbsdə saxlanılır.

İran müxalifətinin ev dustaqlığında saxlanan lideri Mirhüsen Musəvinin qızları jurnalistlərə ardıcıl təzyiqlərə məruz qaldıqlarını bildiriblər. Musəvi 9 aya yaxındır həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə həbsdə saxlanılır.

“Media forum” saytının məlumatına görə, Musəvinin qızları deyirlər ki, 55 gündür valideynlərindən xəbəri yoxdur: “Bu müddət ərzində valideynlərimizlə bütün əlaqələrimiz kəsilib. Bizə onlarla görüşüb söhbət etməyə, onların səsini eşitməyə imkan verilmir. Valideynlərimizi ev dustaqlığında nəzarətdə saxlayan məmurlar həm çöldəki vəziyyətlə bağlı onların məlumatlandırılmasından, həm də onların səsinin xalqa çatdırılmasından qorxur, ehtiyat edirlər.

Məmurlar valideynlərimizin rahat şəraitdə saxlandığını iddia etsələr də, fakt odur ki, onların saxlandığı şərait əməlli-başlı həbsxana şəraitidir. Ata-anamızın saxlandığı evin qapı və pəncərələrinə dəmir barmaqlıqlar vurublar.

Bizi ardıcıl olaraq izləyir, ifadə vermək üçün çağırır, dindirir, bizləri işimizdən qovduracaqları ilə təhdid edirlər. Ölkədən çıxmağımıza da qadağa qoyublar”.

XS
SM
MD
LG