Accessibility links

İran müxalifətinin il yarımdan çoxdur ev dustaqlığında saxlanan liderlərindən olan Mirhüseyn Musəvi ürəyindəki qəfil nasazlığa görə xəstəxanaya köçürülüb. Bunu jurnalistlərə Mirhüseyn Musəvinin müşaviri Ərdəşir Əmir Ərcmənd deyib.
“Media forum” saytının məlumatına görə, Ərdəşir Əmir Ərcmənd bildirib ki, Mirhüseyn Musəvinin səhhətinin ciddi təhlükə ilə üz-üzə qalmasına İranın dini lideri məsuliyyət daşımalıdır. “Mirhüseyn Musəvi tutulanadək sapsağlam idi. İndi Musəvinin səhhəti ilə bağlı hər hansı xoşagəlməz hadisə baş versə, buna görə İranın rəhbəri cənab Xamneyi birbaşa məsuliyyət daşıyır.
Xəstəliyin təfərrüatı hələlik bizə məlum deyil. Biz məsələnin mahiyyətinin aydınlaşmasını gözləyirik. Lakin fakt odur ki, Musəvi xəstəxanaya yerləşdirilib və bunu onun xanımı Zəhra Rəhnəvərd də təsdiqləyib”.
Son məlumatlara görə, Mirhüseyn Musəvi avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub. Onun hazırda Tehrandakı xəstəxanaların birinin reanimasiya şöbəsində olduğu bildirilir.
XS
SM
MD
LG