Accessibility links

Miroslava Qonqadze: Bu, inqilabdır, vətəndaş inqilabıdır [Video]


Miroslava Qonqadze ile müsahibə
please wait

No media source currently available

0:00 0:03:53 0:00

Amerikanın Səsinin Ukrayna xidmətinin "Ças Taym" proqramının aparıcısı Miroslava Qonqadze ilə müsahibə

Beynəlxalq ictimaiyyət Ukraynada baş verən hadisələri diqqətlə izləyir. Ukrayna təhlükəsizlik qüvvələri və hökumət əleyhdarı nümaiyşçilər arasında son günlər qanlı toqquşmalarda 70-dən çox insanın həyatını itirdiyi haqda məlumatlar verilir.

Ukrayna hadisələrini tanınmış jurnalist, Amerikanın Səsinin Ukrayna xidmətinin gündəlik “Ças Taym” proqramının aparıcısı Miroslava Qonqadze ilə müzakirə etmişik.

Dilşad Əliyarlı: Kiyevdən həyəcan doğuran xəbərlər gəlir. Vəziyyət nə yerdədir? Müxalifət nə istəyir? Hökumət hansı güzəştlərə hazırdır?

Miroslava Qonqadze: Fikrimcə, inqilab baş verir, özü də vətəndaş inqilabı. Biz deyə bilmərik ki, vətəndaş müharibəsi ərəfəsindəyik, çünki ukraynalılar bir-birinə qarşı getmir, ukraynalılar hakimiyyətə qarşı gedir. Hazırda vəziyyətə şox az adam nəzarət edə bilir, hökumət artıq orduya, müxalifət isə insanlara nəzarət edə bilmir. Təəssüf olsun ki münaqişə ciddiləşir və indi əsas məsələ qan tökülməsinə son qoymaq və gələcək toqquşmaların baş verməməsi üçün tərəflərin qarşısını almaqdan ibarətdir. Müxalifət nə tələb edir? Bugünkü şəraitdə bu qədər insanın ölümündən sonra, hökumət tərəfindən bu qədər insanın eybəcər hala salınması və öldürülməsindən sonra mən qorxuram ki, insanlar prezident və hökumətin istefasından başqa heç bir şeyə razı olmayacaq. Bu gün mənim fikrimcə, münaqişə prezident istefa versə, həm parlament, həm də prezident seçkiləri keçirilsə və səlahiyyətlərin məhkəmə, qanunvericilik və icraedici hakimiyyət arasında bölüşdürülməsini nəzərdə tutan 2004-cü ilin konstitusiyasına qayıdılsa həll oluna bilər.

Dilşad Əliyarlı: Vəziyyətdən çıxış yolu nədir? ABŞ və Avropa İttifaqı Ukraynanın bəzi rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. Sanksiyaların təsiri nədən ibarət ola bilər?

Miroslava Qonqadze: Təəssüf ki sanksiyalar iki ay bundan öncə tətbiq edilməli idi. Bu gün artıq bu qədər insan ölümündən sonra Avropa İttifaqı və ABŞ nəhayət vəziyyətin nə qədər ciddi olduğunu başa düşüb. Mən iki ay bundan öncə artıq deyirdim ki, nəsə etmək lazımdır. Sanksiyaların tətbiq ediləcəyini gözləyirəm. Bu gün Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri Kiyevdə olublar. Onlar Brüsselə qayıdıblar. Brüsseldə isə Avropa İttifaqının xarici işlər nazirlərinin təcili iclası keçirilir. Orada hansı sanksiyaların tətbiq edilməsi haqda qərar veriləcək. Sanksiyalar mütləq lazımdır. Sanksiyalar qan tökülməsinin qarşısını ala və hökuməti dialoqa getməyə məcbur edə bilər. İndi ən vacib bunu etməkdir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG