Accessibility links

Cəlilabadda müharibə iştirakçısı özünü yandıraraq intihar edib [Audio-müsahibələr] (Yenilənib)


Mirşamil Mürsəlov Amerikanın Səsinə intiharla bağlı müsahibə verib

Öz növbəsində, Ramiz Yarıyev deyilənləri qəbul etmir. O Amerikanın Səsinə müsahibəsinsdə bildirib ki, Mirşamil Mürsəlovun dedikləri həqiqətə uyğun deyil. Onun və ailəsinin narkotiklə hər hansı əlaqəsi yoxdur. Mirtahir Mürsəlovun oğlunun bıçaqlanmasının da ona aidiyyatı yoxdur.

Əksinə Yarıyev qarşı tərəfi günahlandırıb və prokurorluğun bununla bağlı hazırda araşdırma apardığını deyib. Onunla müsahibəni təqdim edirik.

***

Cəlilabad rayon (Bakıdan 211 kilometr cənub) sakini, Qarabağ müharibəsi iştirakçısı Mirtahir Mürsəlov mayın 19-da özünü rayon polis şöbəsinin binası önündə yandıraraq intihar edib.

Qardaşı Mirşamil Mürsəlov Amerikanın Səsinə müsahibəsində bildirib ki. Mirtahirə rayon xəstəxanasında yarıtmaz yardım edilib. Hətta dərmanları da özü alıb. Vaxtında Bakıya gətirilməsi üçün təcili tibbi yardım avtomobili verilməyib. O, qardaşını Bakıya gətirərək 5 saylı klinik xəstəxanaya yerləşdirsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Mayın 20-də günorta saatlarında Mirtahir Mürsəlov vəfat edib.

Mirşamil Mürsəlov Amerikanın Səsinə müsahibəsində deyib ki, qardaşı biganəliyin qurbanı olub.

“Qardaşımın Göytəpə qəsəbə sakini ilə mübahisəsi düşmüşdü. Onun ayağının üzərindən avtomobil sürmüşdülər. Rayon hüquq-mühafizə orqanlarına dəfərlələ müraciət etsə də şikayətinə baxılmayıb. Mayın 19-da da şikayətinə baxılmayıb və benzin tökərək özünü yandırıb. Mirtahir məmur biganəliyinin qurbanı oldu”.

Mirşamil Mürsəlov qardaşı ilə mübahisə edən tərəfi narkotik qaçaqmalçılığında ittiham edir və onları hüquq mühafizə orqanlarının himayə etdiyini vurğulayır.

“Ancaq bunu sübut etmək lazımdır”, o qeyd edib.

Mirşamil Mürsəlov özünün çoxsaylı şikayət yazdığını və hər hansı nəticəsinin olmadığını bildirib. Onun oğlunu da Göytəpə qəsəbəsində bıçaqlayıblar.

“Oğluma 9 bıçaq zərbəsai vurublar. Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi açılıb, 4 ay keçməsinə baxmayaraq saxlanan yoxdur. Mən 20 Yanvar əliliyəm, şəhid atasıyam, milli qəhrəman əmisiyəm. Ölkənin müstəqilliyi uğrunda əlil olmuşam. Amma, şikayətimə baxan yoxdur”, o qeyd edib.

Mirşamil Mürsəlovun qardaşının özünü yandırması və ailəsinə təzyiqlərlə bağlı müsahibəsində daha detallı danışıb. Müsahibəyə qulaq asın.

Qarabağ Qazilər Birliyi Mirtahir Mürsəlovun rayonda narkotik satan bir qrupun təqiblərinə, hətta fiziki zorakılıqlarına məruz qaldığını bildirib. Hər dəfə də M.Mürsəlov fiziki zorakılığa məruz qalması haqda hüquq-mühafizə orqanlarına müraciət edib, amma müraciəti cavabsız, araşdırılmamış qalıb. Bütün bu etinasızlıqlara cavab olaraq M.Mürsəlov özünü yandırmağa qərar verib.

Müsavat Partiyası Cəlilabad təşkilatının sədri Hidayət İsmayıl bu intiharı ölkədə vətəndaş taleyinə məmur biganəliyinin növbəti qurbanı adlandırıb.

Onun fikrincə, bu intihar həm də ölkədə rüşvət və korrupsiyanın insanların taleyini həll etməsi nümunəsi kimi dəyərləndirib. Təşkilat sədri rayon rəhbərliyini rayona rəhbərlik edə bilməməkdə ittiham edib. Bütün ölkədə olduğu kimi Cəlilabadda da vətəndaş hüququnun sözdən başqa bir şey olmadığını vurğulayıb.

Öz növbəsində, prokurorluq hələ intiharla bağlı məlumat yaymayıb. Yaxın saatlarda bununla bağlı rəsmi məlumatın yayılacağı gözlənilir.

XS
SM
MD
LG