Accessibility links

Mirvari Qəhrəmanlı : Fəhlələrin hüquqlarının müdafiəsinə ehtiyac var [Audio]


Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Bakı Olimpiya stadionunun tikintisində iştirak edən fəhlələrin etiraz aksiyasından sonrakı durumla bağlı Amerikanın səsinin suallarını cavablandırıb.

please wait

No media source currently available

0:00 0:10:25 0:00
Direct link

O bildirib ki, etiraza səbəb stadionun tikintisində iştirak edən podratçı şirkətin "OKR Mühendislik İnşaat Taahhüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi" Azərbaycandakı filialının işçilərinə əmək haqqı vermәmәsi olub.

Qəhrəmanlı bildirib ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.

Onun sözlərinə görə, fəhlələr maaşların miqdarından şikayətlənməyib, sadəcə əmək haqlarının gecikdirilməsinə etiraz edib.

Əmək haqlarının oktyabrın 15-də ödəniləcəyinə söz verildiyini deyən Mirvari xanım razılıq əsasında əmək haqlarının ödəildiyini və etirazların həllini tapdığını qeyd edib.

Neft hasilatında azalmadan danışan Mirvari Qəhrəmanlı bunun neftçilərə birbaşa təsir göstərcəyini deyib.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri 2012-ci ildən neft hasilatının azalmasına dair proqnozların yanlış olduğunu, hasilatın 2 il əvvəl, yəni 2010-cu ildən müşahidə edildiyini bildirib. Mirvari xanım bunun birbaşa işçilərin ixtisarına yol açğını, struktur islahatlar həyata keçirilməsinə səbəb olduğunu deyib.

Fəhlələrin hüquqlarının müdafiəsi sahəsində islahatlar və dəyişikliklərə ehtiyac olduğunu vurğulayan Mirvari Qəhrəmanlı azad və müstəqil həmkarlar ittifaqlarının yaradılması, fəhlələrin maarifləndirilməsi və onların hüquqlarının müdafiəsinin vacibliyini önə çəkib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG