Accessibility links

Mirvari Qəhrəmanlı: Fəhlələrin maaşlarının artırılacağını gözləmirəm


Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı BOS SHELF şirkətinin fəhlələrlə üç ay müddətinə müqavilə bağladığını deyir

Martın 18-də dəniz neft platformaları istehsal edən BOS SHELF şirkətinin 1000-ə yaxın işçisi əmək haqqının artırılması və tibbi sığorta ilə təmin olunma tələbləri ilə tətilə başlayıb. Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə (www.amerikaninsesi.org) vəziyyəti şərh edib.

Dilşad Əliyarlı: Mirvari xanım, vəziyyəti necə dəyərləndirirsiniz? Tələblərin yerinə yetirilməsi realdırmı? Şirkət fəhlələrin tələblərini yerinə yetirməyə hazırdırmı?

Mirvari Qəhrəmanlı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:09:00 0:00
Direct link

Mirvari Qəhrəmanlı: Tətil edənlərin sayı çox olub. Bütün BOS SHELF dayanıb və o tələb haqlı tələbdir. Bu tələblərin ardınca başqa situasiya da yaranacaq. Ötən il Dövlət Neft Şirkəti dərin özüllər zavodunu öz strukturundan çıxarıb. Ümumiyyətlə, Dövlət Neft Şirkəti digər strukturları yavaş-yavaş öz tərkbindən çıxarır, ya ləğv edir, bunun da nəticəsində minlərlə insan işsiz qalır. Bu da struktur dəyişikliklərindən biridir. Belə bir tətil 2005-2006-cı illərdə də olmuşdu. BOS SHELF-də də insan hüquqlarının pozulması halları, yerli işçilərə qarşı diskriminasiya, təhqir halları mövcud idi. Bir il yarım bundan əvvəl BOS SHELF-də rüşvət faktı da qeydə alınmışdı, üzə çıxarmadılar. Fəhlələri qəbul edib minnət də qoydular ki, biz ya sizi ixtisara salmalıydıq, ya da ki maaşlarınızı ixtisar etməliydik. Bu, artıq tendensiyaya keçib. Bu sözləri artıq mən dəfələrlə eşitmişəm. Dövlət Neft Şirkətinin rəhbərlərindən də eşitmişəm, xarici şirkətlərin ixtisar etdiyi vaxtlar da eşitmişəm. İnanmıram ki, işçilərin əmək haqları artırılacaq. Xarici şirkətlər maaşları aprel ayının 1-dən artırır. BOS SHELF şirkəti heç vaxt düşünmür və əmək haqlarını qaldırmayacaq. Tibbi sığortanı hal-hazırda edə bilərlər, çünki fəhlələr ayıq oldular, yəqin ki, insanları hələ yaya qədər işdən azad edə bilməyəcəklər. İşçiyə minnət qoyurlar, işçini işə götürəndə öz üzərinə öhdəlik götürürsən. Sadəcə, bir müsbət hal kimi qeyd etmək olar ki, şirkət rəhbərliyi gəlib bir görüntü yaratdırlar ki, biz sizinlə dialoqa girmişik.

Dilşad Əliyarlı: Mirvari xanım, Əmək qanunvericiliyi ilə fəhlələr üçün təyin edilmiş maaş şirkətin başqa xarici işçiləri üçün maaşdan fərqlənməməlidir. Bu, ayrı-seçkilik kimi qəbul edilir. Bunun qarşısını necə almaq olar?

Mirvari Qəhrəmanlı: Birinci, işçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə uyğun deyil, işçilərlə dollarla müqavilə bağlayırlar. Vergilər nazirliyi buna diqqət yetirməlidir və buna görə işə götürən cəzalandırılmalıdır. İşçilərin əmək haqqı aşağıdır, saat hesabı da dollarla hesablayırlar, çünki 6 dollar 4 manatdan daha çox görünür. Maaşı çox olan qaynaqçılar var, onlar saata 6,5 dollar maaş alır. Əlavə iş günləri ödənilmir. Yenə də yerli işçilərə qarşı diskriminasiya var. Ən pisi odur ki, işçilərlə 3 aylıq müqavilə bağlayıblar. İşçilər hələ hiss etmirlər ki, onları gələcəkdə nə gözləyir. İşçilər əmək müqaviləsi bağlayandan sonra onlar tibbi sığorta ilə təmin olunmalı idi. Bu, hələ də olunmayıb. Ona görə ki, rəhbərlik işçilərin müəyyən hissəsini işdən azad etməyi nəzərdə tutub. İlin sonuna qədər 700-800 işçi işdən azad ediləcək. Bu haqda hələ fəhlələrin xəbəri yoxdur. Mənim təcrübəm göstərir ki, bu proses gedəcək.

Dilşad Əliyarlı: Mirvari xanım, bu vəziyyətdə hökumətin mövqeyini necə qiymətləndirirsiniz?
Fəhlələri qəbul edib minnət də qoydular ki, biz ya sizi ixtisara salmalıydıq, ya da ki maaşlarınızı ixtisar etməliydik.

Mirvari Qəhrəmanlı: Ən böyük günahkar, ən böyük məsuliyyət Dövlət Neft Şirkətinin rəhbərliyinin üzərindədir. Çünki ayın 7-də Bibiheybət neftdə də işi iki saatlığa saxlamışdılar. Ötən il Balaxanı neftdə də işçilər əmək haqları ilə əlaqədar aksiyası keçirmişdi, tətillər olmuşdu. Mən gün ərzində məktublar, telefon zəngləri alıram ki, “bizim maaşlarımız niyə aşağıdır”. Keçən il mühəndis-texniki işçilərin əmək haqlarını 52-54 fazi qaldırdılar, fəhlələrin maaşlarını bir qəpik də qaldırmadılar. Operatorun maaşı 300 manatdır, dəniz neftçiləri üçün bu 300 manata əlavələr olur, bu, bunların canına dəyən ziyan üçün ödənilən pullardır, bu, əmək haqqı deyil. Dövlət Neft Şirkətinin prezidenti deyir ki, orta əmək haqqı yuxarıdır. Aylıq əmək haqqı Dövlət Neft Şirkətinin icra aparatındadır, bütün mühəndis-texniki işçilərindir. Olsun. Ancaq bu fəhlələri nə gözləyir. Onları tibbi sığorta edəcəklər, amma siz düşünməyin ki, bu, xarici şirkətlərdə olduğu kimi güclüdür. Dövlət Neft Şirkəti sığortanı Paşa və Atəşgah şirkətləri ilə edir. Xətəxanaya düşən və həmin tibbi sığortadan istifadə edən adamların hamısı şikayət edir ki, dərman pulunu da özümüz veririk. İnsanları müəyyən müddət keçdikdən sonra yavaş-yava işdən çıxaracaqlar, çünki bunlar işçilərin sayını azaltmalıdırlar. Orada belə bir mesaj göndərildi ki, ya mən sizin sayınızı azaltmalıyam, ya da sizin maaşınızı verməliyəm.

Dilşad Əliyarlı: Mirvari xanım, Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin rəhbəri kimi siz özünüz BOS SHELF şirkətinin rəhbərliyi ilə görüşmüsünüzmü? Onlar sizə nə dəyiblər? Onların mövqeyi nədir?

Mirvari Qəhrəmanlı: Ümumiyyətlə, Azərbacyan mühitində QHT allergiya təsiri bağışlayır. Biz hələlik Dövlət Neft Şirkətinin insan resursları departamenti ilə görüşə bilirik, lakin onların o qədər səlahiyytləri yoxdur. Xarici şirkətlərlə görüşə bilirik. BP şirkəti ilə. Hələ ki, BOS SHELF-lə görüşməmişik. BP ilə bu problemi müzakirə etdim. Aprel ayının 1-də BP-nin kadrlar üzrə komandası ilə görüşməliyik. BOS SHELF-lə görüşü planlaşdırıram, ona görə ki, bilirsiniz ki, Azərbaycanda həmkarlar təşkilatları yoxdur, hökumətin qeyri-rəsmi strukturudur, onlar fəhləni müdafiə etməyəcək. Sabah bəyanat yaymağı planlaşdırırıq, bəyanat BOS SHELF şirkətinə göndəriləcək. Fəhlələrə ayın sonuna qədər söz veriblər. Bütün bu prosesi gözləyirik, sonra, hər hansı bir fəhlənin işdən çıxarılacağı təqdirdə, yaxud da haqqı pozularsa, biz onu müdafiə edəcəyik məhkəmələrdə, ya da məsələni dialoqla həll edəcəyik, çünki biz dialoq tərəfdarıyıq. Düşünürəm, ayın axırını gözləyim, çünki söz veriblər, amma əmək haqqının artırılmasına söz verilmədi, eləcə sığorta ilə bitdi. Biz BP ilə görüşürük, subkontraktorla, kontraktorlarla əlaqədar olan problemlərin dialoq yolu ilə çözülməsinə çalışırıq. Ancaq burada çözüləsi məsələ yoxdur. Hal-hazırda prosedurda adamları işdən çıxara biləcəklər, bizsə toxuna bilmirik, çünki üç aylıq müqavilə bağlayıblar. Biz o vaxt görüşürük ki, orada problemin həlli mexanizmi var. Mən burada heç bir mexanizm görmürəm.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG