Accessibility links

Mirvari Qəhrəmanlı: 7 milyon ton neft hasil edən şirkətdə 10 vitse-prezident olar?


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı

Ekspert hesab edir ki, ixtisarlar ilk öncə ARDNŞ-in mərkəzi aparatından başlamalıdır. Bir-birini təkrarlayan strukturlar, təhlükəsizlik idarələri ləğv edilməli, xidməti avtomobillər azaldılmalıdır.

Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) kütləvi ixtisarlar başlayıb. Artıq, avqustun 13-də ixtisara salınmış bir neçə yüz işçi etiraz olaraq Bakı-Qazax avtomagistralını bağlayıb.


Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ixtisarlar orta hesabla 30 min işçini əhatə edəcək. “Bunlar həm ixtisara düşənlər, həm də təqaüd yaşına çatmış işçilər olacaq”.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Onun fikrincə, ARDNŞ-də işçilərin sayının azaldılmasının üç başlıca səbəbi var. “Birinci səbəb hasilatın aşağı düşməsi və xərclərin həddən artıq artmasıdır. İkinci amil ARDNŞ-nin strukturunun çox böyük və idarəedilməz olması, ştatların şişirdilməsidir. Üçüncü amil isə beynəlxalq audit şirkətlərinin tövsiyə və təklifləridir. Yəni. 7 milyon ton neft çıxaran şirkətdə 70 min adam işləyə bilməz”, - o bildirib.

Xanım Qəhrəmanlının fikrincə, ARDNŞ hazırda mühəndis və texniki işçiləri ixtisar edir. “Amma, çoxluq təşkil edən ARDNŞ-nin mərkəzi aparatının işçiləridir. Əslində aparat işçilərinin ixtisarı aparılmalı, xidməti avtomobillərin sayı azaldılmalıdır. ARDNŞ-in 10 vitse-prezident var, onlarla eyni işə məsul strukturlar var. Vitse-prezidentlərin, onların ofislərinin, təkrarlanan strukturların sayı azaldılmalıdır. Bu şirkətin xərclərinin xeyli azalmasına səbəb olacaq. Çünki aparat işçiləri, onların xidməti avtomobillərinin, ofislərinin saxlanması külli miqdarda xərclərə səbəb olur”.

ARDNŞ-nin Təhlükəsizlik idarəsi tamamilə ləğv edilməlidir. Özəl təhlükəsizlik xidmətləri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

ilə müqavilə bağlanılmalıdır və bununla şirkət Təhlükəsizlik idarəsinin ofislərinin, strukturunun, xidməti avtomobillərinin saxlanması xərclərindən azad ola bilər.

O hesab edir ki, ARDNŞ-nin tərkibindən “Azərkimya”, “Azəriqaz” çıxarılmalıdır. “Bu qurumlar Sənaye və Energetika Nazirliyinin strukturuna verilməlidir”.

Mirvari Qəhrəmanlının fikrincə, ARDNŞ-də əvvəlcə islahat proqramı hazırlanmalıdır. “Bu proqram ictimaiyyətə elan edilməlidir. İndiki xaotik ixtisarlar məhsuldar nəticələrə səbəb olmayacaq. Hesab edirəm ki, ixtisarlar aşağıdan deyil, ilk olaraq yuxarıdan şirkətin mərkəzi aparatından başlamalıdır. 7 milyon neft hasil edən şirkətdə 10 vitse-prezident ola bilməz”.

Show comments

XS
SM
MD
LG