Accessibility links

Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib [Video-müsahibə]


Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib
please wait

No media source currently available

0:00 0:04:32 0:00

Mirvari Qəhrəmanlı: Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədrinin Amerikanın Səsinə müsahibəsi

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı Amerikanın Səsinə müsahibəsində “Günəşli” yatağının dəniz platformasında neftçilərin itkin düşməsinin səbəbləri və təhlükəsizlik tədbirlərindən danışıb.

Amerikanın Səsi: “Günəşli” yatağındakı dəniz platformasında neftçilərin itkin düşməsinin səbəbləri nədir? Onları xilas etmək olardımı?

Camaat özünü itirib və təxliyyə qaydalarına riayət edə bilməyib.

Mirvari Qəhrəmanlı: Yəqin ki, ən əsas səbəb yaradılmış dövlət komissiyası araşdırdıqdan sonra bilinəcək. İndidən əsas səbəbi demək tələskənlik olardı. Bizim ilkin aldığımız versiyalardan biri hələ təsdiqini tammamış, daxildə təhlükəsizlik qaydalarına riayət olunmamaq idi. Bunun nəticəsində külək qəzanın əmələ gəlməsinə stimul verib. İnsanları vaxtında azad etmək, oradan köçürmək olardımı? Sadəcə düşünürəm ki, ilkin təxliyyə düzgün olmayıb. Camaat özünü itirib və təxliyə qaydalarına riayət edə bilməyib.

Amerikanın Səsi: Azərbaycan Dövlət Neft Şirkətinin dəniz platformalarındakı təhlükəsizlik qaydaları ilə xarici neft şirkətlərinin platformalarındakı təhlükəsizlik qaydaları arasında fərqlər nədir? Nədənxarici neft şirkətlərinin dəniz platformalarında yanğınlar, insan ölümləri qeydə alınmır?

BP şirkətinin təhlükəsizlik üzrə 8 qızıl qaydası var. Orada insan faktoru əsas amil təşkil edir.

Mirvari Qəhrəmanlı: BP şirkətinin təhlükəsizlik üzrə 8 qızıl qaydası var. Orada insan faktoru əsas amil təşkil edir. Bu qaydalara əməl etməyən bir xidmətlə, hətta hər hansı podaratçı şirkətlə də kontrakt pozula bilər, işçi isə o dəqiqə işdən çıxarıla bilər. Fərq ondan ibarətdir ki, orada təhlükəsizliklə məşğul olan işçiyə, supervayzerə (rəhbər işçi-red) böyük səlahiyyətlər verilir. Onun işi dayandırmaq səlahiyyətləri var. Onun işi saxlamaq, stop işarəsinə hamı tabe olmalıdır. Azərbaycan Dövlət Neft Şirkətində isə heç kimin işi saxlamaq səlahiyyəti yoxdur. Baxmayaraq ki, küləkdi, nə hadisə olur-olsun, əgər təlükəsizlik üzrə nəzarətçi şəxs stop versə, ona işi saxlamaq səlahiyyəti verməyəcəklər.

Amerikanın Səsi: Bəzi ekspertlər “Günəşli” yatağındakı dəniz platformasındakı qəzanı xarici təxribatlarla əlaqələndirir. Azərbaycan Respublikası dəniz platformalarında təhlükəsizliklə bağlı hansı tədbirləri həyata keçirir?

Terroru, yaxud da hansısa hadisənin qəsdən törədilməsini istisna edirəm.

Mirvari Qəhrəmanlı: Bunu sıfır hesab edirəm. Terroru, yaxud da hansısa hadisənin qəsdən törədilməsini istisna edirəm. Bu sahədə uzun müddət işləmiş təcrübəsi olan adam kimi bu halları istisna edirəm. Ora kənardan müdaxilə çox çətindir. Böyük bir texnika ilə ora müdaxilə olunmalıdır. Orada işləyən insanların təxribat, terror etməsi qeyri-mümkündür. Çünki uzun müddət bir yerdə işləyənlər, ən ağır vəziyyətlərdə bir yerdə işləyənlər arasında kamikadze ola bilməz.

Amerikanın Səsi: Rəsmi qurumlar insanların xilas edilməməsini dənizdə güclü dalğaının, yanğının olması ilə izah edirlər. Xilasedicilər böhranlı vəziyyətdə insanları xilas etmək üçün texniki vasitələrə, qurğulara, geyimlərə malikdirlərmi?

Sadəcə olaraq ürək ağrısı ilə deyə bilərəm ki, əvvəllər, Sovetlər vaxtı Dövlət Neft Şirkətində olan donanma, gəmilər, deyərdim, heç indi BP şirkətində yoxdur.

Mirvari Qəhrəmanlı: Geyimlərini deyə bilmərəm. Sadəcə olaraq ürək ağrısı ilə deyə bilərəm ki, əvvəllər, Sovetlər vaxtı Dövlət Neft Şirkətində olan donanma, gəmilər, deyərdim, heç indi BP şirkətində yoxdur. Dövlət Neft Şirkəti əlsiz-ayaqsız bir quruma çevrilib. Dövlət Neft Şirkəti hökumətin ikinci büdcəsinə çevrilib. Dövlət Neft Şirkətinin özü insanları təxliyə etmək üçün gərək nə Fövqəladə Hallar Nazirliyinə müraciət etsin, nə də BR-yə. Bunlar vaxt aparır. BP-nin təhlükısizliklə bağlı istifadə etdiyi texnika sübut etdi ki, beynəlxalq təcrübəni öyrənməsinə, beynəlxalq standartlara cavab verən güclü texnikaya malik olmalıdır. Yoxsa, belə qəzalardan bizim dəniz neftçiləri istisna deyil. İnsan həyatı, insan faktoru birinci amil olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG