Accessibility links

Savalan Mirzəyev: Azərbaycanlılar Gürcüstanda gücə malik olduqlarını artıq göstərib [Audio]


Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyev Gürcüstanda azərbaycanlıların sosial, iqtisadi və siyasi həyatdakı rolu barədə danışarkən deyir ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi həyatına aktiv şəkildə qoşulub. “Gürcüstanda yaşayan azərbaycanlıların sırf azərbaycanlı olduqları üçün seçilmə problemləri yoxdur. Azərbaycanlılar Gürcüstanın həyatında bir faktor olduqlarını, müxtəlif sferalarda bir gücə malik olduqlarını artıq göstərə bilib.”

please wait

No media source currently available

0:00 0:06:00 0:00
Direct link

2003-cü ildə Gürcüstanın ali məktəblərində 54 tələbə təhsil alırdısa, 2013-cü ildə onların sayı 1000-ə yaxındır

Gürcüstan hökumətinin milli azlıqlar, xüsusilə də azərbaycanlılarla bağlı siyasətini qənaətbəxş hesab etmək olarmı? - sualının cavabında Savalan bəy deyib ki, gənc kadrların baş nazirlik aparatında, reinteqrasiya məsələri üzrə dövlət nazirliyi aparatında, kənd təssərrüfatı, milli təhlükəsizlik, səhiyyə kimi bir necə nazirlikdə və müxtəlif dövlət strukturlarında təmsil olunur. “Onlar azərbaycanlı olduqları üçün deyil, onlara peşəkar kadrlar kimi yetişmələri, savadları, gürcü dilini mükəmməl bilmələri bu imkanı yaradır.”

Gürcüstan baş nazirinin milli məsələlər üzrə müşaviri Savalan Mirzəyevin dediyinə görə, Gürcüstanda Azərbaycan dilində 120 məktəb fəaliyyət göstərir. “2003-cü ildə Gürcüstanın ali məktəblərində 54 tələbə təhsil alırdısa, 2013-cü ildə onların sayı 1000-ə yaxındır.”

Böyük qürur hissi ilə deyə bilərəm ki, Gürcüstanın ictimai-siyasi həyatında olduğum 7 il ərzində azərbaycanlıların Gürcüstan üçün böyük dəyəri olduğunu anladım
Sovet İttifaqının son illərtində Gürcüstanı tərk edən bəzi azərbaycanlılar əmlaklarını itirdiklərindən şikayətlənirdi. Onların əmlak hüquqlarının müdafiəsində hansı işlər görülüb və ümumiyyətlə Gürcüstana qayıdan olubmu?-sualının cavabında Savalan Mirzəyev son 7 il ərzində dövlət strukturunda çalışdığı müddət ərzində mülkiyyət hüququnun bərpasına dair heç bir müraciət edilmədiyini deyib. O bildirib ki, qayıdanlar çox oldu, ancaq əmlaklarının bərpa olunması və ya qaytarılması ilə bağlı heç bir şikayətə rast gəlinməyib.”Əgər belə bir müraciət olsa, Gürcüstanın əmlak qanunları onların hüquqlarını müdafiə edəcək.”

1986-cı ildə Gürcüstanın Qardabani rayonunda dünyaya gəldiyini, Rustavi şəhərində orta məktəbi, Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirdiyini deyən S.Mirzəyev bu illər ərzində bir sıra vəzifələrdə çalışdığını bildirib. “Böyük qürur hissi ilə deyə bilərəm ki, Gürcüstanın ictimai-siyasi həyatında olduğum yeddi il ərzində azərbaycanlıların Gürcüstan üçün böyük dəyəri olduğunu anladım.”

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG