Accessibility links

Bu gün ABŞ-ın birinci xanımı ad gününü qeyd edir.

50 yaşı tamam olan Mişel Obama əsl ad günü, yəni cümə günü ictimaiyyət qarşısında olmayıb. Lakin bu gün Ağ Evdə təşkil ediləcək mərasimdə əlbəttə ki, diqqət mərkəzində olacaq.

Mərasimin proqramı gizli saxlansa da, bəzi qonaqlar rəqs ediləcəyini deyib.

ABŞ prezidenti Barak Obamanın xanımı Mişel Obama hüquqşünasdır.İcma fəaliyyətlərində yaxından iştirak edən xanım Obamanın sözlərinə görə, onun üçün ailə birinci yerdədir.Mişel Obama üçün onların iki qızı Saşa və Maliya, sabit ailə həyatı və normal uşaqlı illəri əsas prioritetdir.


Yanvar ayının 17-də 50 yaşı tamam olan Mişel Obama Çikaqoda fəhlə sinfinə mənsub ailədə boya-başa çatıb.

O, Amerikanın iki ən prestijli universiteti olan Prinston və Harvard universitetlərinin hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra xanım Obama prestijli hüquq şirkətində işləyib. Elə orada o, Barak Obamaya rast gəlib.

XS
SM
MD
LG