Accessibility links

Mişel Obama: "Qızlar Təhsil Alsın"


BMT-nin Baş Assambleyası oktyabrın 11-ni Beynəlxalq Qızlar günü kimi təsis edib. 2011-ci ildə təsis edilən bu gün dünya böyu qızların hüquqları vurğulanır və onların qarşılaşdığı qeyri-adi sınaqlara diqqət çəkilir. ABŞ-ın birinci xanımı Mişel Obama qızlara qlobal dəstək məqsədilə “Qızlar Təhsil Alsın” kampaniyası keçirib.

Müğənni Andra Dey məktəbə gedə bilməyən qızların təhsil ala bilməsi məqsədi daşıyan beynəlxalq kampaniyasya qatılan bir neçə tanınmış qadından biridir.

Ağ Evdə keçirilən tədbirdə Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Süzan Rays, Oskar mükafatı laureatı Meril Strip və birinci xanım Mişel Obama ilə görüşmüş dörd qız iştirak edib. Keçən il Afrikada Liberiya və Mərakəşə səfər etmiş Mişel Obama bu ölkələrdə qızların təhsil almaq imkanlarından məhrum olduğunu demişdi.

Onun sözlərinə görə, kampaniya çağırışına bir çoxları dərhal cavab verib.

“İstər dövlət başçısı olsun, istərsə də şirkət direktoru və ya da amerikalı bir yeniyetmə qız, məktəbdə təhsil almayan qızların hekayələrinizi eşidən hər kəs bundan təsirlənib. Onlar hiddətlənib və yardım etmək istəyib.”

CNN tele kanalında yeni sənədli filminin nümayişindən öncə aktrisa Meril Strip auditoriyada toplaşanlara deyib ki, qızlara münasibət dünyanı daha yaxşı bir yerə çevirmək üçün dəyişməlidir.

“Bütün bəşər ailəsi bu məsələ ilə məşğul olmalıdır. Mən buna ümid bəsləyirəm. Biz oğlanlara kömək etməliyik ki, onlar başa düşsünlər-qapılar açıq olmalıdır, cəngavərlik xatirinə deyil, əhalinin yarısına imkan vermək üçün.”

Meeril Striplə səhnəyə çıxan qızlar məktəbdə dərsə qatılmaq üçün kilometrlər yol getməli olduqlarından danışıb.

Lakin maneələr qızları sinif otaqlarına aparan yoldan çəkindirməyib.

“Bizim qrupda Mərakeşdən bir qız var, o, mexanika ilə məşğul olur. O öz qarajında biznesə başlayacaq, halbuki bunun oğlanlara aid bir iş olduğunu düşünmək olardı.”

“Siz cəmiyyət üçün çox vacibsiniz. Bir qız olaraq bunu unutmayın və bilin ki, gələcəkdə siz kimsə olacaqsınız. Ola bilər, siz indi heç kim olmadığınızı düşünürsünüz. Amma gələcəkdə sizin rolunuz olacaq.”

CNN.com veb səhifəsində yazdığı məqalədə Mişel Obama mövzunun ona şəxsən yaxın olduğunu deyərək, maliyyə yardımının onun kollecdə təhsili almasına imkan verdiyini yazıb. ABŞ Qızlar Təhsil Alsın proqramına 1 milyard dollardan artıq vəsait ayırıb. Dünya Bankı gələn beş il ərzində proqrama 2 milyard dollar ayıracaq.

XS
SM
MD
LG