Accessibility links

Müsəlman Qardaşları partiyasının 529 üzvü ölüm cəzasına məhkum edilib


Misirdə Müsəlman Qardaşları partiyasının 529 üzvü ölüm cəzasına məhkum edilib. Onlar polis zabitinin qətli, polis məntəqəsinə hücum və digər zorakılıqlarda ittiham edilirdi.

Hökm şənbə günü başlayan məhkəmə prosesinin sonuncu günü elan edilib. Müttəhimlər hökmü apellyasiya edəcəklərini bildirib.

Onların 100-ü nəzarət altındadır. Qalanları isə qiyabi mühakimə edilib. 16 nəfərə bəraət qazandırılıb.

İttihamlar ötən avqust ayında 100-dən çox adamın ölümü ilə nəticələnən qarşıdurmalarla bağlıdır.

Qarşıdurmalar prezident Məhəmməd Mursinin devrilməsinə etirazlar zamanı baş vermişdi.

Misirin müvəqqəti hökuməti üzvlərini hədəf aldığı Müsəlman Qardaşlarını terror təşkilatı adlandırır.
XS
SM
MD
LG