Accessibility links

Ağ Ev Misirə yardımın kəsiləcəyinə dair yayılan xəbərləri təkzib edib


Obama administratsiyası prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində devrilməsindən sonra baş qaldıran zorakılıqlara cavab olaraq Misirə hərbi yardım göndərilməsinə qadağa qoyulması haqda məlumatları rədd edib.

Ağ Ev sözçüsü Coş Örnest jurnalistlərə bildirib ki, hər il Birləşmiş Ştatlar tərəfindən Misirə nəzərdə tutulan 1,5 milyard dollarlıq yardım hələ gözdən keçirilir və Misirə
yardımın kəsilməsi barədə yayımlanan məlumat doğru deyil.

Örnest ABŞ xəbər agentliklərinin Senator Patrik Lihin sözçüsünə istinadən yardımın dayandırılmasına dair yaydıqları xəbər barədə sualı cavablandırıb.

Səudiyyə Ərəbistan və digər Ərəb ölkələri ABŞ və Avropa Birliyinin yardımı kəsib kəsməyəcəyindən aslı olmayaraq Misirə kömək edəcəklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG