Accessibility links

Misirdə devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və müvəqqəti hökumət arasında artmaqda olan gərginliklər qonşu ölkələrə də təsir qoyub.

Bu gün Misirin Liviyanın Benqazi şəhərindəki konsulluğu yaxınlığında bomba partladılıb. Hücum binanın divarı və yaxınlıqdakı maşınları zədələyib. Hücumun arxasında kimin durduğu bəlli deyil.

İsraildə minlərlə ərəb Məhəmməd Mursinin şəkilləri və Misir bayraqları ilə nümayiş keçirib.

Tunisdə Misir səfirliyi qarşısına toplaşan insanlar Misirdə nümayişçilərə divan tutulmasını qınayıb.

Türkiyənin İstanbul və Ankara şəhərlərində Misir nümayişçilərinə dəstək aksiyası keçirilib.

İndoneziya və Malayziya müsəlmanları Misir hökumətinin nümayişçilərə qarşı gücdən istifadə etməsini pisləyib.
XS
SM
MD
LG