Accessibility links

Misirdə parlament seçkiləri davam edir


Bazar günü Misirdə parlament seçkilərinin ilk mərhələsində seçicilərin sayı az olub. Parlament seçkilərinin yubanmasının prezident Əbdül Fəttah Əl Sissinin hakimiyyətini möhkəmləndirməsinə yardım etdiyi ehtimal edilir.

Uzun zamandır yubadılan 596 yer üzrə parlament seçkiləri bazar ertəsi 27 vilayətin 14-də keçiriləcək. Seçkilər ölkənin digər bölgələrində noyabrın 22 və 23 davam edəcək. Xaricdə yaşayan misirlilər şənbə günündən bəri səsverməyə başlayıb.

Yeni parlament 2014-cü ildə yeni konstitusiya qəbul edildikdən sonra seçilmiş ilk parlament olacaq. Yeni konstitusiya qanunvericilərə prezidenti impiç etmək və erkən seçkilərin keçirilməsinə çağırmaq səlahiyyəti verəcək.

Lakin analitiklərin fikrincə, yeni qanunvericilər say çoxluğu ilə Sissi və onun dünyəvi mövqeyini müdafiə edəcək.

Yekun nəticələr dekabrın əvvəlində açıqlanacaq.

Misirdə 2012-ci ildən bəri parlament olmayıb.

Misirin ordu qüvvələrinin sabiq rəhbəri Sissi ötən il hərbi qüvvələr o zamankı prezident Məhəmməd Mursini devirdikdən və daha sonra həbs etdikdən sonra hakimiyyətə gəlib.

XS
SM
MD
LG