Accessibility links

Misirdə tələbələrlə polis arasında qarşıdurma ikinci gündür davam edir


Misirin İslam Universiteti qarşısında tələbələrlə iğtişaş polisi arasında qarşıdurma ikinci gündür ki, davam edir.

Hökumət Müsəlman Qardaşlarını dəstəkləyən tələbələri zorakılıq nümayiş etdirməklə tədrisə və imtahanların keçirilməsinə mane olmaqda təqsirləndirib.

Prezident Məhəmməd Mursinin əsas tərəfdarları olan Qahirə Universitetinin tələbələri həftələrdir Məhəmməd Mursinin hərbiçilər tərəfindən hakimiyyətdən devrilməsinin əleyhinə nümayişlər keçirir.

Cənab Mursinin mənsub olduğu Müsəlman Qardaşları ötən həftə terrorçu təşkilat elan edilib.

Tələbələr yoldaşlarının ölümü və həbslərinə etiraz olaraq imtahanları boykot etdiklərini deyirlər.
XS
SM
MD
LG