Accessibility links

Misirdə yoxlama məntəqəsinə hücum edilib


Maska geymiş silahlı şəxs Qahirənin cənubunda yoxlama məntəqəsinə hücum edərək beş misirli polisi öldürüb, digər iki nəfəri isə yaralayıb.

Hücum səhər tezdən paytaxtdan 100 kilometrlik məsafədə yerləşən Beni Suef vilayətində baş verib.

Rəsmilər silahlı şəxsin motosiklet sürdüyünü və atışmadan sonra ərazini tərk etdiyini deyib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. İslamçı yaraqlılar iyul ayında Məhəmməd Mursinin hakimiyyətdən devtilməsindən bəri Misirin təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda təqsirləndirilir.

Atışma 2011-ci ildə uzun müddət ölkəyə rəhbərlik edən Hüsni Mübarəkin hakimiyyətini devirmə ilə nəticələnən məşhur üsyanın ildönümündən bir neçə gün əvvələ təsadüf edib.
XS
SM
MD
LG