Accessibility links

Nobel mükafatı laureatı ElBaradei Misirdə keçid hökumətinin baş naziri təyin edilib



Misir müxalifətinin rəsmiləri Nobel sülh mükafatı laureatı Məhəmməd ElBaredeinin keçid dövrünün prezidenti Ədli Mənsur tərəfindən dəvət edildiyini və keçid hökumətinin baş naziri kimi and içəcəyini bildiriblər.

ElBaradei 2009-cu ilə qədər BMT-nin nüvə agentliyinin başçısı olub. Bundan dörd il əvvəl o və onun qrupu Nobel sülh mükafatının laureatı olmuşdu. Misirə qayıtdığı vaxtdan Məhəmməd ElBaradei keçmiş prezidenti Hüsnü Mübarəkin hakimiyyətdən devrilməsinə gətirib çıxarmış xalq üsyanına dəstək vermiş və ölkənin aparıcı müxalif fiqurlarından birinə çevrilmişdi.

ElBaradei qarşısında dərin fikir ayrılıqlarına malik və qəzəblənmiş ölkə əhalisini bir araya gətirərək, Misiri demokratiya yoluna qaytarmaq kimi olduqca ciddi bir vəzifə durur.

Müsəlman Qardaşları təşkilatının sözçüsü Röyters agentliyinə qrupun ElBaradeinin təyinatını rədd etdiyini deyib və qrup tərəfdarlarının ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan Məhəmməd Mursi hakimiyyətə qayıtmayana qədər etiraz aksiyalarını davam etdirəcəyinə söz verib.
XS
SM
MD
LG